Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Marat Kasem Latviyanı tərk edib - Zaxarova

© Sputnik / Нина ЗотинаMarat Kasem
Marat Kasem  - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Jurnalist eyni anda iki cinayət maddəsi ilə, o cümlədən Rusiyaya casusluqda ittiham olunur və bu, 20 ilə qədər həbs cəzası ilə təqsirli bilinməyə səbəb ola bilər.
BAKI, 26 iyul — Sputnik. Sputnik Litva-nın baş redaktoru Marat Kasem Latviyanı tərk edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Cinayət təqibinin bərpasından narahat olan Marat Kasem fürsətdən istifadə edərək Latviyanı tərk edib", - o, Sputnik radiosunun efirində deyib.

Kasem yanvarın 5-də Riqada Latviya Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Həmin gün jurnalist barəsində yerli məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. O, eyni anda iki cinayət maddəsi ilə, o cümlədən Rusiyaya casusluqda ittiham olunur və bu, 20 ilə qədər həbs cəzası ilə təqsirli bilinməyə səbəb ola bilər.
© Sputnik / Максим Богодвид / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Kasem Riqaya xəstə nənəsini ziyarət etmək üçün gedib. Kasem həbsdə olduğu müddətdə nənəsi vəfat edib.
Zaxarovanındaha əvvəl bildirmişdi ki, Kasem azadlığa buraxılmalı və peşə fəaliyyətini bərpa etməlidir. Həmçinin Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko jurnalistin dərhal azadlığa buraxılmasını tələb etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0