https://sputnik.az/20231216/pulun-var-var-var---pulun-var-alaram--461359916.html
Pulun var? Var, var... - Pulun var, alaram...
Pulun var? Var, var... - Pulun var, alaram...
Sputnik Azərbaycan
Şübhəli şəxs aldatma yolu ilə ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 31 min manata qədər pul ələ keçirib. 16.12.2023, Sputnik Azərbaycan
2023-12-16T13:08+0400
2023-12-16T13:08+0400
2023-12-16T13:08+0400
cəmiyyət
quba
evlənmək
dələduzluq
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1b/458071195_0:47:955:584_1920x0_80_0_0_8d153f2c394fa7fe8d2810c450b8b775.jpg
BAKI, 16 dekabr - Sputnik. Quba rayonunda evlənmək adı ilə xanımlara qarşı dələduzluq edən şəxs həbs olunub. Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.Bildirilib ki, Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb. O, 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.Belə ki C.Məmmədov tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30 980 manat pulunu ələ keçirib.O həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib.Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Cəfər Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1b/458071195_58:0:898:630_1920x0_80_0_0_1f17c06a7c500a36c65ea85daa3c4bf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quba, evlənmək, dələduzluq
quba, evlənmək, dələduzluq
Pulun var? Var, var... - Pulun var, alaram...
Şübhəli şəxs aldatma yolu ilə ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 31 min manata qədər pul ələ keçirib.
BAKI, 16 dekabr - Sputnik. Quba rayonunda evlənmək adı ilə xanımlara qarşı dələduzluq edən şəxs həbs olunub. Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb. O, 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.
Belə ki C.Məmmədov tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30 980 manat pulunu ələ keçirib.
O həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Cəfər Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.