DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin XİN: NATO-nun Asiyaya daxil olması regional sabitliyi pozacaq

© AP Photo / Andy WongÇin XİN
Çin XİN - Sputnik Azərbaycan, 1920, 16.12.2023
Abunə olmaq
Mao Nin qeyd edib ki, NATO-nun şərqə doğru irəliləməsi blokun regional müdafiə təşkilatı kimi mövqeyinə uyğun gəlmir.
BAKI, 16 dekabr — Sputnik. NATO-nun Asiya-Sakit okean regionundakı fəaliyyətinin genişləndirilməsi ona qeyri-sabitlik gətirəcək.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəmdəsi Mao Nin deyib.
Beləliklə, nazirliyin rəsmi nümayəndəsi "TASS" müxbirinin Rusiya Prezidenti Vladimir Putinin alyansın regiona daxil olması planları ilə bağlı söylədiklərini şərh etmək istəyinə cavab verib.
Mao Nin qeyd edib ki, NATO-nun şərqə doğru irəliləməsi blokun regional müdafiə təşkilatı kimi mövqeyinə uyğun gəlmir.
"Bu, Asiyaya yalnız blok qarşıdurması gətirəcək və regional sülhü və sabitliyi pozacaq", - deyə XİN-in rəsmi nümayəmdəsi əlavə edib.
Bu yaxınlarda Putin NATO-nun öz doktrinalarını pozaraq coğrafi hüdudlarından kənara çıxaraq Asiyaya doğru getməyə çalışdığını bildirib.
Xəbər lenti
0