Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakı və İrəvan neytral platformada sülh sazişi imzalayacaqlarmı?

Abunə olmaq
Azərbaycan və Ermənistanın 2023-cü ilin sonuna kimi sülh sazişi imzalayıb-imzalamayacağı haqqında daha ətraflı məlumatı videomuzda izləyə bilərsiniz.
Tərəflər son vaxtlar danışıqlar platformasında görüşmürlər və danışıqlar treki dalana dirənib, lakin Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ehtimalı var.
Bunu politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Ekspert əminliklə bildirib ki, bu durğunluğun səbəblərindən biri də Qərbin Azərbaycana qarşı qərəzli mövqeyidir.
"Vasitəçilər sülh müqaviləsinin imzalanmasında iştirak etməməlidirlər, çünki geosiyasi oyunçular arasında müəyyən rəqabət var", - deyə Hüseynov hesab edir.
Politoloq həmçinin qeyd edib ki, tərəflər neytral platformada saziş imzalasalar, mükəmməl olar.
"Kommunikasiyaların açılması və iqtisadi əlaqələrin qurulması da daxil olmaqla həll edilməli olan bir çox problemlər var. Sülh sazişi təhlükəsizlik sisteminin və əməkdaşlığın möhkəmləndirilməsi üçün yol xəritəsi olacaq", - deyə Hüseynov sonda vurğulayıb.
Xəbər lenti
0