SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya xarici siyasət idarəsindən xəbərdarlıq

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidМихаил Галузин
Михаил Галузин - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Rusiya XİN: Cənubi Qafqazdakı problemlərin həllinə qeyri-regional oyunçuları cəlb etmək cəhdləri ciddi fəlakətlə nəticələnə bilər
BAKI, 15 dekabr - Sputnik. “3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) qapıları əvvəlki kimi Gürcüstan üçün açıqdır.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Əgər onlar bu formatda iştirak etməyə hazır olduqlarını hiss etsələr, bütün digər beş ölkə, əminəm ki, bunu alqışlayacaqlar ", - deyə rusiyalı nazir müavini vurğulayıb.
Qaluzin Rusiyanın bu formatda fəal işləməyə davam etdiyini söyləyib:
"Tarixi faktlar, indiki reallığımızın faktları onu göstərir ki, bizim üçün regional problemləri region ölkələrindən daha yaxşı heç kim həll edə bilməz. Regional problemlərin həllinə qeyri-regional oyunçuları cəlb etmək cəhdləri bir qayda, ən yaxşı halda heç nə ilə bitər, ən pis halda isə qlobal miqyasda ciddi fəlakətlə nəticələnər”, - deyə Lavrovun müavini yekunlaşdırıb.
Xəbər lenti
0