https://sputnik.az/20231215/qlim-alimi-cop28-gozlenilenden-daha-cox-ugura-imza-atdi-461344093.html
İqlim alimi: COP28 gözləniləndən daha çox uğura imza atdı
İqlim alimi: COP28 gözləniləndən daha çox uğura imza atdı
Sputnik Azərbaycan
Konfransdan sonrakı əsas "addım" ən həssas ölkələrə İqlim Dəyişikliklərindən İtkilər və Zərərlər üzrə Fondun fəaliyyətə başlaması olub. Konfransın keçirilməsi... 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T23:02+0400
2023-12-15T23:02+0400
2023-12-15T23:02+0400
iqlim
elm
cop
konfrans
bmt
bmt
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461343927_0:0:3072:1728_1920x0_80_0_0_70dbc04a5ff71d9f6db44f55b898863b.jpg
BAKI, 15 dekabr — Sputnik. Dubayda keçirilən BMT-nin İqlim Konfransı (COP28) olduqca adi oldu, lakin gözlənildiyindən daha çox şey əldə edildi; əsas addım yeni iqlim fondunun işə salınması idi. Bunu iqlimşünas Aleksey Kokorin "RİA Novosti"yə bildirib. "Konfransın olduqca adi olacağı gözlənilirdi və belə də oldu. Mən onu kiçik bir uğur kimi qiymətləndirərdim, amma təbii ki, heç bir halda uğursuzluq deyildi. Ümumiyyətlə, ekspert cəmyyətində nail olunduğundan daha az şey planlaşdırılmışdı və gözlənilirdi", - deyə Kokorin bildirib. Onun sözlərinə görə, konfransdan sonrakı əsas "addım" ən həssas ölkələrə İqlim Dəyişikliklərindən İtkilər və Zərərlər üzrə Fondun fəaliyyətə başlaması olub. Konfransın keçirilməsi zamanı o, artıq 800 milyon dollara yaxın vəsait cəlb edib. "Ən vacib sual bu vəsaiti alanın kim olması idi. Bəzi inkişaf etmiş ölkələr hesab edirdilər ki, bunlar yalnız ən zəif inkişaf etmiş ölkələrdir, BMT-nin siyahısında onların sayı 50-yə yaxındır və bir də, su altında qalan kiçik ada dövlətləri... Lakin yenə də belə bir tezis müdafiə edildi ki, bütün inkişaf etməkdə olan ölkələr, o cümlədən buzlaqların azaldığı Mərkəzi Asiya ölkələri", - deyə ekspert izah edib. Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (COP28) Tərəflərin növbəti, 28-ci Konfransı dekabrın 13-də Dubayda başa çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461343927_341:0:3072:2048_1920x0_80_0_0_aa2171cc130b69a488d7627ffb33859e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
iqlim, cop, konfrans, bmt, bmt
iqlim, cop, konfrans, bmt, bmt
İqlim alimi: COP28 gözləniləndən daha çox uğura imza atdı
Konfransdan sonrakı əsas "addım" ən həssas ölkələrə İqlim Dəyişikliklərindən İtkilər və Zərərlər üzrə Fondun fəaliyyətə başlaması olub. Konfransın keçirilməsi zamanı o, artıq 800 milyon dollara yaxın vəsait cəlb edib.
BAKI, 15 dekabr — Sputnik. Dubayda keçirilən BMT-nin İqlim Konfransı (COP28) olduqca adi oldu, lakin gözlənildiyindən daha çox şey əldə edildi; əsas addım yeni iqlim fondunun işə salınması idi.
Bunu iqlimşünas Aleksey Kokorin "RİA Novosti"yə bildirib.
"Konfransın olduqca adi olacağı gözlənilirdi və belə də oldu. Mən onu kiçik bir uğur kimi qiymətləndirərdim, amma təbii ki, heç bir halda uğursuzluq deyildi. Ümumiyyətlə, ekspert cəmyyətində nail olunduğundan daha az şey planlaşdırılmışdı və gözlənilirdi", - deyə Kokorin bildirib.
Onun sözlərinə görə, konfransdan sonrakı əsas "addım" ən həssas ölkələrə İqlim Dəyişikliklərindən İtkilər və Zərərlər üzrə Fondun fəaliyyətə başlaması olub. Konfransın keçirilməsi zamanı o, artıq 800 milyon dollara yaxın vəsait cəlb edib.
"Ən vacib sual bu vəsaiti alanın kim olması idi. Bəzi inkişaf etmiş ölkələr hesab edirdilər ki, bunlar yalnız ən zəif inkişaf etmiş ölkələrdir, BMT-nin siyahısında onların sayı 50-yə yaxındır və bir də, su altında qalan kiçik ada dövlətləri... Lakin yenə də belə bir tezis müdafiə edildi ki, bütün inkişaf etməkdə olan ölkələr, o cümlədən buzlaqların azaldığı Mərkəzi Asiya ölkələri", - deyə ekspert izah edib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında (COP28) Tərəflərin növbəti, 28-ci Konfransı dekabrın 13-də Dubayda başa çatıb.