CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları müvəqqəti dayandırılır

© Official website of President of Azerbaijan RepublicDəmir yolu, arxiv şəkli
Dəmir yolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Qurumdan bildirilib ki, dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçilir.
BAKI, 15 dekabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "Naxçıvan Dəmir Yolları" MMC gələn il yanvarın 1-dən sərnişin daşımalarını müvəqqəti dayandıracaq.
Sputnik Azərbaycan-a bu barədə "Naxçıvan Dəmir Yolları" MMC tərəfindən məlumat verilib. Məlumata görə, son vaxtlar ADY ölkəmizdə əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri aparır, dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçilir.
Görülən tədbirlərin davamı kimi, yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmir yolu infrastrukturu möhkəmləndirilir və müasir standartlara cavab verəcək şəkildə yenidən qurulur. Odur ki, dəmir yolu ilə sərnişin daşımaları müvəqqəti dayandırılır.
Xəbər lenti
0