Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yeni Azərbaycan Partiyası ilk addımı atdı - Seçkilər necə olacaq?

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Forumda çıxış edir
Prezident İlham Əliyev Forumda çıxış edir  - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Millət vəkili qeyd edir ki, ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə prezident seçkilərinin keçirilməsi çox məntiqli və tarixi zərurətdir.
BAKI, 15 dekabr — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.
Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər. Partiya tərəfindən İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.
İclasın yekunları ilə bağlı millət vəkilləri Elman Nəsirov və Elşad Mirbəşiroğlu SputniK Azərbaycan-a fikirlərini bölüşüblər.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı YAP yekdilliklə qərar verdi: "YAP ümumxalq partiyası olduğundan bu həm də xalqın qərarıdır. Azərbaycan xalqı müdrik xalqdır. Xalqımız son 20 il ərzində Prezident İlham Əliyevin liderliyi altında qazanılmış uğurları yüksək qiymətləndirir, onun prezidentliyi dövründə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı tarixi uğuruna yüksək dəyər verir. Azərbaycan xalqı bir daha əmin oldu ki, 2003-cü ildə çox doğru və strateji bir qərar verərək İlham Əliyevi prezident seçib. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalacaına söz vermişdi. Bu sadiqlik nəticəsində cənab prezident çox möhtəşəm uğurlara imza atıb. Xüsusilə tarixi zəfər cənab prezidentin misilsiz fəaliyyətinin zirvə nöqtəsidir. Gələcək nəsillər bu tarixi yada salarkən qürur hiss keçirəcəklər. İlham Əliyev tarixi şəxsiyyətdir, tarix yazır və tarixə yazılır".
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, YAP İdarə Heyətinin iclasında növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin ən layiqli namizəd olduğu dilə gətirildi və əsaslandıırldı: "Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın, tariximizin obrazını yeniləyib. Azərbaycan xalqı və dövləti cənab Prezident İlham Əliyevin liderliyi altında qalib obrazına sahib olub. Hesab edirəm ki, bu Azərbaycan xalqının mənəvi psixoloji inkişafına müsbət elementlər gətirəcək. Prezident İlham Əliyevin növbədənkənar seçkilərinin nəticəsinə uyğun olaraq mandatının yenilənəcəyi ilə bağlı Azərbaycan cəmiyyətində kimsənin şübhəsi yoxdur".
Millət vəkili qeyd edir ki, ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə prezident seçkilərinin keçirilməsi çox məntiqli və tarixi zərurətdir:
"Azərbaycan prezidenti bundan sonrakı daha məsuliyyətli mərhələdə Azərbaycan xalqı üçün müəyyənləşdirdiyi strateji xətti daha uğurla həyata keçirəcək. Bu Ulu Öndərin vaxtilə müyyənləşdirdiyi strateji xəttin yeni dövrə və çağırışlara uyğun olaraq zənginləşdirilərək davam etdirilməsidir. Azərbaycan xalqının hər bir nümayəndəsi ötən illər ərzində aydın gördü ki, Ulu Öndərin müəyyənləşdirdiyi strategiya birmənalı olaraq Azərbaycan vətəndaşının rifahına xidmət edir, Azərbaycan dövlətinin və dövlətçiliyinin etibarlı gələcəyini şərtləndirir. Bu baxımdan YAP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi Azərbaycan xalqının, dövlətinin gələcəyinin bundan sonra da etibarlı əllərdə olacağına təminat verir. Təbii ki, Azərbaycan prezidenti öz strateji baxışlarına söykənərək bizi daha böyük zirvələrə aparacaq, daha böyük uğurlar qazandıracaq və Azərbaycan dövləti regionun ən inkişaf etmiş dövləti statusundan çıxış edərək dünyanın ən inkişaf etmiş dövlətləri sırasına qoşulacaq".
Xəbər lenti
0