https://sputnik.az/20231215/komando-bolmeleri-ile-taktiki-xususi-telim-kecirilib-461336815.html
Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Sputnik Azərbaycan
Ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar... 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T13:58+0400
2023-12-15T13:58+0400
2023-12-15T13:58+0400
müdafiə nazirliyi
hərbi
təlim
ərazi
hərbi texnika
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461336651_0:0:927:522_1920x0_80_0_0_ef523b287b5b9182f911ca9701dac9b8.jpg
BAKI, 15 dekabr — Sputnik. 2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib. Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib. Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461336651_0:0:889:667_1920x0_80_0_0_745c1837837ba57c1207ac737ad293a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, təlim, ərazi, hərbi texnika
müdafiə nazirliyi, təlim, ərazi, hərbi texnika
Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
Ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.
BAKI, 15 dekabr — Sputnik. 2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Ssenariyə əsasən "Həyəcan" siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib.
Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib.
Meşəlik ərazilərdə keçirilən taktiki-xüsusi təlim zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla icra edilib.