Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ermənistan-Azərbaycan dəmir yolu ilə bağlı sənədlər hansı mərhələdədir? - Overçuk açıqladı

© Sputnik / Murad OrujovAleksey Overçuk
Aleksey Overçuk - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Overçuk qeyd edib ki, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilir.
BAKI, 15 dekabr — Sputnik. Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasına dair sənədlər yüksək hazırlıq səviyyəsindədir. Bunu Rusiya Federasiyası baş nazirinin müavini, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Aleksey Overçuk İrəvanda komissiyanın iclası çərçivəsində Sputnik Ermənistan-ın sualını cavablandırarkən deyib.
Overçuk qeyd edib ki, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilir. Bu məqsədlə üç ölkənin baş nazirinin müavinlərinin həmsədrliyi ilə işçi qrupu yaradılıb.
"İşçi qrup sənədlər hazırlayıb və onlar yüksək hazırlıq səviyyəsindədir. İlk növbədə, dəmir yolu əlaqəsinin bərpasından söhbət gedir. Biz bu işi davam etdirməyə hazırıq. Əgər tərəflər razılığa gəlsələr, işi davam etdirməyə hazırdırlarsa, təbii ki, biz də iştirak etməyə hazırıq", - deyə Rusiya Federasiyası baş nazirinin müavini bildirib.
Müsbət məqam kimi Overçuk tərəflərin birbaşa işə başlamasına işarə edib.
Kommunikasiyaların bərpası üçün nə qədər maliyyə vəsaitinin tələb olunacağı ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Rusiya hökumətinin sədr müavini qeyd edib ki, müxtəlif hesablamalar var. Yekun rəqəmlər texniki şərtlər hazırlandıqdan və layihənin texniki-iqtisadi əsaslandırılmasından sonra elan edilə bilər. O, təxmini rəqəmləri açıqlamayıb.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır. Onun sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları "Sülh kəsişməsi" konsepsiyasında öz əksini tapıb. Paşinyan iddia edir ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək.
Xəbər lenti
0