https://sputnik.az/20231215/cop29-la-elaqedar-prezident-lham-eliyevin-sedrliyi-ile-musavire-kecirilib-461339672.html
COP29-la əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
COP29-la əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
Sputnik Azərbaycan
Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T12:06+0400
2023-12-15T12:06+0400
2023-12-15T12:10+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
müşavirə
cop
cop29
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461339318_78:0:3465:1905_1920x0_80_0_0_22abbd4ae783c85c91a75a4ea0b3c20c.jpg
BAKI, 15 dekabr — Sputnik. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərək hökumətlər gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq ediblər.Daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr nəzərdə tutan bu Konvensiya, siyasi idarə və elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyə imkan verir. İnkişaf etmiş ölkələrin öhdəliklərinin məqsədə uyğunluğu, ilk dəfə 1995-ci ildə Berlində keçirilən Tərəflər Konfransının (TK-1) birinci sessiyasında nəzərdən keçirilib.COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan Azərbaycan namizədliyini irəli sürüb. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verib.Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461339318_502:0:3042:1905_1920x0_80_0_0_3cb41cdfd6c27f11c7996283b7387197.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, müşavirə, cop, cop29, azərbaycan
prezident ilham əliyev, müşavirə, cop, cop29, azərbaycan
COP29-la əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
12:06 15.12.2023 (Yenilənib: 12:10 15.12.2023) Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.
BAKI, 15 dekabr — Sputnik. Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri haqqında Çərçivə Konvensiyasını qəbul edərək hökumətlər gələcəkdə onun daha fəal tədbirlərin həyata keçirilməsi üçün əsas olacağını təsdiq ediblər.
Daimi informasiya mübadiləsi, araşdırmalar və müzakirələr nəzərdə tutan bu Konvensiya, siyasi idarə və elmi biliklərin inkişafı nəzərə alınmaqla, əlavə öhdəliklər götürməyə imkan verir. İnkişaf etmiş ölkələrin öhdəliklərinin məqsədə uyğunluğu, ilk dəfə 1995-ci ildə Berlində keçirilən Tərəflər Konfransının (TK-1) birinci sessiyasında nəzərdən keçirilib.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan Azərbaycan namizədliyini irəli sürüb. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini verib.
Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirilib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.
Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.