https://sputnik.az/20231215/belarus-xn-rehberi-vetendaslarinin-texliyesine-gore-rusiyaya-tesekkur-etdi-461344431.html
Belarus XİN rəhbəri vətəndaşlarının təxliyəsinə görə Rusiyaya təşəkkür etdi
Belarus XİN rəhbəri vətəndaşlarının təxliyəsinə görə Rusiyaya təşəkkür etdi
Sputnik Azərbaycan
Aleynikin sözlərinə görə, davam edən görünməmiş xarici təzyiq kontekstində Belarus və Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini gücləndirməkdə... 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T23:30+0400
2023-12-15T23:30+0400
2023-12-15T23:30+0400
belarus
dünya xəbərləri
xin
təşəkkür
ktmt
aii
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461344261_0:0:2637:1484_1920x0_80_0_0_2e328109e3991f5fdcece24cc0237842.jpg
BAKI, 15 dekabr — Sputnik. İlin sonunadək Belarus və Rusiya iki ölkə arasında ticarətin həcmində yeni tarixi maksimumu gözləyir. Bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik bildirib. "Əgər ticarət dövriyyəsinin hazırkı tempi saxlanılarsa, 2023-cü ilin sonuna qədər ölkələrimiz arasında ticarətin həcmində yeni tarixi maksimumun olacağını gözləyirik", - o, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib. Aleynikin sözlərinə görə, davam edən görünməmiş xarici təzyiq kontekstində Belarus və Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini gücləndirməkdə davam edərək, ikitərəfli qarşılıqlı fəaliyyətimizin dinamikasının artırılmasını təmin ediblər. O qeyd edib ki, həqiqətən müttəfiqlik münasibətləri, real qarşılıqlı yardım sayəsində, o cümlədən qeyri-dost ölkələrin təzyiqlərini neytrallaşdırmaq kontekstində Belarus-Rusiya qarşılıqlı fəaliyyəti təkcə İttifaq dövləti deyil, həm də digər inteqrasiya strukturları - KTMT və Aİİ çərçivəsində əhəmiyyətli dərəcədə intensivləşib. Aleynik onu da bildirib ki, 2024-2026-cı illər üçün İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətlərinin hazırlanması və razılaşdırılması istiqamətində böyük həcmdə iş aparılıb və onların qəbulu və həyata keçirilməsi İttifaq Dövlətinin möhkəmləndirilməsində nəzərəçarpacaq nəticələr verəcək. Belarus Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Belarus vətəndaşlarının Sudan və Qəzza zolağından təxliyyə edilməsinə görə Rusiya tərəfinə təşəkkür edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0f/461344261_194:0:2590:1797_1920x0_80_0_0_0c4618c6916638717487fcd866122efa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus, xin, təşəkkür, ktmt, aii, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
belarus, xin, təşəkkür, ktmt, aii, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Belarus XİN rəhbəri vətəndaşlarının təxliyəsinə görə Rusiyaya təşəkkür etdi
Aleynikin sözlərinə görə, davam edən görünməmiş xarici təzyiq kontekstində Belarus və Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini gücləndirməkdə davam edib.
BAKI, 15 dekabr — Sputnik. İlin sonunadək Belarus və Rusiya iki ölkə arasında ticarətin həcmində yeni tarixi maksimumu gözləyir. Bunu Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Aleynik bildirib.
"Əgər ticarət dövriyyəsinin hazırkı tempi saxlanılarsa, 2023-cü ilin sonuna qədər ölkələrimiz arasında ticarətin həcmində yeni tarixi maksimumun olacağını gözləyirik", - o, Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
Aleynikin sözlərinə görə, davam edən görünməmiş xarici təzyiq kontekstində Belarus və Rusiya müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini gücləndirməkdə davam edərək, ikitərəfli qarşılıqlı fəaliyyətimizin dinamikasının artırılmasını təmin ediblər.
O qeyd edib ki, həqiqətən müttəfiqlik münasibətləri, real qarşılıqlı yardım sayəsində, o cümlədən qeyri-dost ölkələrin təzyiqlərini neytrallaşdırmaq kontekstində Belarus-Rusiya qarşılıqlı fəaliyyəti təkcə İttifaq dövləti deyil, həm də digər inteqrasiya strukturları - KTMT və Aİİ çərçivəsində əhəmiyyətli dərəcədə intensivləşib.
Aleynik onu da bildirib ki, 2024-2026-cı illər üçün İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətlərinin hazırlanması və razılaşdırılması istiqamətində böyük həcmdə iş aparılıb və onların qəbulu və həyata keçirilməsi İttifaq Dövlətinin möhkəmləndirilməsində nəzərəçarpacaq nəticələr verəcək.
Belarus Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Belarus vətəndaşlarının Sudan və Qəzza zolağından təxliyyə edilməsinə görə Rusiya tərəfinə təşəkkür edib.