https://sputnik.az/20231215/azerbaycanli-orxan-badov-yeni-dunya-rekorduna-imza-atib-461337380.html
Azərbaycanlı Orxan İbadov Yeni Dünya Rekorduna imza atıb
Azərbaycanlı Orxan İbadov Yeni Dünya Rekorduna imza atıb
Sputnik Azərbaycan
Bu nəticə Azərbaycan Respublikasının müstəqillik dövründə beynəlxalq intellektual yarışlarda qazandığı ən yüksək qələbədir. 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T13:42+0400
2023-12-15T13:42+0400
2023-12-15T13:43+0400
zəka
elm
qalib
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442224532_0:0:1201:676_1920x0_80_0_0_8f579833311b5c15a5d66449358c7b7a.jpg
BAKI, 15 dekabr — Sputnik. 24-26 noyabr tarixlərində Hindistanın Mumbay şəhərində Dünya Yaddaş Çempionatı keçirilib. Dünyanın ən güclü 780 ən zəka sahiblərinin iştirak etdiyi yarışda Azərbaycanı təmsil edən Orxan İbadov iki kateqoriyada (Rəqəmlər və Üzlər / Adlar) Dünya yaddaş çempionu olub. Belə ki, həmyerlimiz bir saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq Yeni Dünya Rekorduna imza ataraq tarixə düşüb. Orxan İbadov həmçinin 15 dəqiqə ərzində 146 üz, ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini qabaqlaya bilib. Bundan əlavə, o, 4 kateqoriyada gümüş, 2 kateqoriyada bürünc medal qazanıb yarışın ən çox medal qazanan yarışmaçısı olub. Qeyd edək ki, bu nəticə Azərbaycan Respublikasının müstəqillik dövründə beynəlxalq intellektual yarışlarda qazandığı ən yüksək qələbədir. Orxan İbadov 2017-ci ildən müstəqil qaydada Azərbaycanı mötəbər beynəlxalq yaddaş və beyin yarışlarında təmsil edir. O, ilk qələbəsini 2017-ci ilin Noyabrında İstanbulda keçirilən MEMORİAD yarışlarında qazanıb. O, sonrakı illərdə Filippində, Danimarkada, Avstriyada, Almaniyada, Misirdə, Fransada və onlayn formatda keçirilən yarışlarda yüksək nəticələr qazanıb. Orxan İbadov Azərbaycanda, İspaniyada, Tailandda və digər ölkələrdə zehni inkişaf, yaddaş və beyindən səmərəli istifadə ilə bağlı digər mövzularda təlimlər keçir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442224532_30:0:1097:800_1920x0_80_0_0_e3fbaff5699d751ce33dfc5e458ca140.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəka, qalib, azərbaycan
Azərbaycanlı Orxan İbadov Yeni Dünya Rekorduna imza atıb
13:42 15.12.2023 (Yenilənib: 13:43 15.12.2023) Bu nəticə Azərbaycan Respublikasının müstəqillik dövründə beynəlxalq intellektual yarışlarda qazandığı ən yüksək qələbədir.
BAKI, 15 dekabr — Sputnik. 24-26 noyabr tarixlərində Hindistanın Mumbay şəhərində Dünya Yaddaş Çempionatı keçirilib.
Dünyanın ən güclü 780 ən zəka sahiblərinin iştirak etdiyi yarışda Azərbaycanı təmsil edən Orxan İbadov iki kateqoriyada (Rəqəmlər və Üzlər / Adlar) Dünya yaddaş çempionu olub. Belə ki, həmyerlimiz bir saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq Yeni Dünya Rekorduna imza ataraq tarixə düşüb.
Orxan İbadov həmçinin 15 dəqiqə ərzində 146 üz, ad və soyadı düzgün yadda saxlayaraq bütün rəqiblərini qabaqlaya bilib. Bundan əlavə, o, 4 kateqoriyada gümüş, 2 kateqoriyada bürünc medal qazanıb yarışın ən çox medal qazanan yarışmaçısı olub.
Qeyd edək ki, bu nəticə Azərbaycan Respublikasının müstəqillik dövründə beynəlxalq intellektual yarışlarda qazandığı ən yüksək qələbədir.
Orxan İbadov 2017-ci ildən müstəqil qaydada Azərbaycanı mötəbər beynəlxalq yaddaş və beyin yarışlarında təmsil edir. O, ilk qələbəsini 2017-ci ilin Noyabrında İstanbulda keçirilən MEMORİAD yarışlarında qazanıb. O, sonrakı illərdə Filippində, Danimarkada, Avstriyada, Almaniyada, Misirdə, Fransada və onlayn formatda keçirilən yarışlarda yüksək nəticələr qazanıb.
Orxan İbadov Azərbaycanda, İspaniyada, Tailandda və digər ölkələrdə zehni inkişaf, yaddaş və beyindən səmərəli istifadə ilə bağlı digər mövzularda təlimlər keçir.