https://sputnik.az/20231215/azerbaycanda-banklarin-dollara-telebi-niye-artib-461325284.html
Azərbaycanda bankların dollara tələbi niyə artıb?
Azərbaycanda bankların dollara tələbi niyə artıb?
Sputnik Azərbaycan
Bankların valyuta hərracında dollar tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollar təşkil edib. 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T09:31+0400
2023-12-15T09:31+0400
2023-12-15T09:31+0400
dollar
iqtisadiyyat
mərkəzi bank
mərkəzi bank
amb
amb
manat
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_0:0:2932:1649_1920x0_80_0_0_7bfa679fd8ec0418d393e400f718a0aa.jpg
BAKI, 15 dekabr - Sputnik. Dünən Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 70,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Mərkəzi Bankdan bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Qeyd edək ki, 12 dekabrda Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 69,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Xatırladaq ki, noyabr ayının sonundan etibarən valyuta hərraclarında bankların dollara tələbinin kəskin artması müşahidə edilir. "Tələbin yüksəlməsi mövsümi amillərlə bağlıdır" Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb adətən əvvəlki aylarla müqayisədə yüksək olur: "Nümunə olaraq, 2017-2022-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi üstələyib, ötən il dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43% (2021-ci ildə isə 91%) çox olub". Mərkəzi Bankdan qeyd edilib ki, ilin son dövründə tələbin yüksəlməsi əsasən mövsümi amillər, o cümlədən ölkədə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalar və iqtisadi aktivliyin canlanması ilə əlaqədar olur. "Ümumilikdə valyuta bazarında şərait profisitli tədiyyə balansının təsiri altında formalaşır. 2023-cü ilin əvvəlindən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönümlü olub" – AMB-dən bildirilib. Əlavə edək ki, bankların valyuta hərracında dollar tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollar təşkil edib. Dollar-manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər. 2023-cü ilin 6 ayında Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı baş tutub. Hesabat dövründə valyuta hərraclarının 98%-də təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub. İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_155:0:2886:2048_1920x0_80_0_0_7284511974479739c8c84ffdb9bc550b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, mərkəzi bank, mərkəzi bank, amb, amb, manat
dollar, mərkəzi bank, mərkəzi bank, amb, amb, manat
Azərbaycanda bankların dollara tələbi niyə artıb?
Bankların valyuta hərracında dollar tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollar təşkil edib.
BAKI, 15 dekabr - Sputnik. Dünən Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 70,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Mərkəzi Bankdan bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 12 dekabrda Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 69,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Xatırladaq ki, noyabr ayının sonundan etibarən valyuta hərraclarında bankların dollara tələbinin kəskin artması müşahidə edilir.
"Tələbin yüksəlməsi mövsümi amillərlə bağlıdır"
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, hər təqvim ilinin sonlarında valyuta hərraclarında tələb adətən əvvəlki aylarla müqayisədə yüksək olur: "Nümunə olaraq, 2017-2022-ci illərdə dekabr ayında keçirilmiş valyuta hərraclarının 69%-də tələb təklifi üstələyib, ötən il dekabr ayında valyuta hərraclarda orta tələb ilin ilk 11 ayı ilə müqayisədə 43% (2021-ci ildə isə 91%) çox olub".
Mərkəzi Bankdan qeyd edilib ki, ilin son dövründə tələbin yüksəlməsi əsasən mövsümi amillər, o cümlədən ölkədə idxal-ixrac əməliyyatları üzrə hesablaşmalar və iqtisadi aktivliyin canlanması ilə əlaqədar olur.
"Ümumilikdə valyuta bazarında şərait profisitli tədiyyə balansının təsiri altında formalaşır. 2023-cü ilin əvvəlindən Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönümlü olub" – AMB-dən bildirilib.
Əlavə edək ki, bankların valyuta hərracında dollar tələbi 2023-cü ildə ilk dəfə dekabrın 5-də 95,1 milyon dollar təşkil edib.
Dollar-manat məzənnəsi 2026-cı ilədək dəyişməyəcək
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq məqsədilə 2017-ci ildən milli valyutanın ABŞ dollarına qarşı məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi də 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır. Agentliyə görə, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər.
2023-cü ilin 6 ayında Mərkəzi Bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı baş tutub. Hesabat dövründə valyuta hərraclarının 98%-də təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.