https://sputnik.az/20231215/azerbaycan-muellimlerinin-xvi-qurultayi-kecirilecek-461334153.html
Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir
Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir
Sputnik Azərbaycan
Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T10:25+0400
2023-12-15T10:25+0400
2023-12-15T10:59+0400
qurultay
heydər əliyev ili
müəllim
heydər əliyev
bakı konqres mərkəzi
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120783_0:0:1501:844_1920x0_80_0_0_9a47ed316a807c47217a3ee932ddc687.jpg
BAKI, 15 dekabr - Sputnik. Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb.İki gün davam edəcək qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak edirlər. Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib. Qeyd edək ki, qurultayın ilk günündə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili", "İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış", "Azərbaycan dili yeni çağırışlar müstəvisində", "Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası", "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", "Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar", "Peşə təhsili və gələcək üçün bacarıqlar", "Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri", "Elm və ali təhsilin inteqrasiyası", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil", "Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi" mövzuları üzrə panel sessiyaları keçiriləcək.08:01Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək."Report" xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edəcək.Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyaları keçiriləcək.Qurultayın ikinci günündə isə “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularda panellər olacaq.Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42212/07/422120783_0:0:1333:1000_1920x0_80_0_0_14eefe92f0f4146a03b528e534030c31.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurultay, müəllim, heydər əliyev, bakı konqres mərkəzi
qurultay, müəllim, heydər əliyev, bakı konqres mərkəzi
Azərbaycan müəllimlərinin XVI Qurultayı keçirilir
10:25 15.12.2023 (Yenilənib: 10:59 15.12.2023) Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.
BAKI, 15 dekabr - Sputnik. Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb.
İki gün davam edəcək qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak edirlər.
Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılıb. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib. Qeyd edək ki, qurultayın ilk günündə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili", "İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış", "Azərbaycan dili yeni çağırışlar müstəvisində", "Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası", "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", "Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar", "Peşə təhsili və gələcək üçün bacarıqlar", "Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri", "Elm və ali təhsilin inteqrasiyası", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil", "Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi" mövzuları üzrə panel sessiyaları keçiriləcək.
Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək.
"Report" xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının rəsmiləri, nazirlər, nazir müavinləri, deputatlar, qonaqlar, yüzlərlə müəllim iştirak edəcək.
Qurultayın birinci günündə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzularında panel sessiyaları keçiriləcək.
Qurultayın ikinci günündə isə “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularda panellər olacaq.
Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.