https://sputnik.az/20231215/azerbaycan-ermenistan-danisiqlari-ucun-en-elverisli-format-hansidir-461325644.html
Azərbaycan-Ermənistan danışıqları üçün ən əlverişli format hansıdır?
Azərbaycan-Ermənistan danışıqları üçün ən əlverişli format hansıdır?
Sputnik Azərbaycan
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, vasitəçiliyə iddia edən ölkələr sonn proseslərdən sonra birbaşa danışıqları dəstəkləməyə məcbur... 15.12.2023, Sputnik Azərbaycan
2023-12-15T10:00+0400
2023-12-15T10:00+0400
2023-12-15T10:00+0400
azərbaycan-ermənistan
təhlil
tofiq zülfüqarov
tofiq zülfüqarov
politoloq
tofiq abbasov
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460919808_0:0:3638:2046_1920x0_80_0_0_b0e4b6a65bcd0881477695c04099c243.jpg
BAKI, 15 dekabr — Sputnik. Azərbaycan və Ermənistan hökumətlərinin birgə bəyanatından sonra region gedən proseslərdə canlanma müşahidə edilir. Məsələ burasındadır ki, həm ABŞ, həm Rusiya, həm Aİ rəsmiləri Azərbaycan-Ermənistan arasındakı danışıqlarda vasitəçilik etmək niyyətlərini yenidən bəyan ediblər. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək. Bəs hazırkı şəraitdə Azərbaycan-Ermənistan danışıqları üçün hansı format əlverişlidir? Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov və politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıblar. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, vasitəçiliyə iddia edən ölkələr sonn proseslərdən sonra birbaşa danışıqları dəstəkləməyə məcbur olublar: "Azərbaycan artıq öz məqsədlərinə çatıb. Təbii olaraq, Azərbaycan öz məqsədlərinə çatana qədər Aİ, Fransa, ABŞ-ın öz regional siyasi maraqlarına uyğun cəhdlər edirdilər. Azərbaycan isə onların mənafeyinə xidmət edən fəaliyyətləri qəbul etmir və müntəzəm olaraq bunu tənqid edir. Bu baxımdan Azərbaycan tərəfi Gürcüstanı və ya birbaşa danışıqları təklif etdi. Məhz bunun nəticəsi olaraq Azərbaycan və Ermənistan birbaşa danışıqlar formatına üstünlük verdilər". Sabiq XİN rəhbəri qeyd edib ki, bəzi ölkələr öz aralarındakı rəqabəti vasitəçilik donu altında bölgəyə gətirməyə çalışırlar: "Bu isə nə Azərbaycanın, nə də Ermənistanın xeyirinədir. Artıq bəlli olur ki, Ermənistan da bu vəziyyətdən narazıdır. Çünki özünün bu proseslərdə meydan kimi istifadə edilməsi xoşagələn deyil və yaxşı heç nə vəd etmir. Həmçinin o da qeyd olunmalıdır ki, danışıqlar bu və ya digər paytaxtda keçiriləndə həmin vasitəçilik təklif edən tərəflərin narazılığı nəzərə çarpırdı". "İndi isə birbaşa əlaqələrin qurulması vasitəçi olmaq istəyən həmin ölkələri məcbur edir ki, bu prosesi dəstəkləsinlər. Buna baxmayaraq Avropa İttifaqı rəsmilərindən birtərəfli, ermənipərəst bəyanatlar gəlməkdə davam edir. Mən bu cür bəyanatların müvəqqəti xarakter daşıdığını düşünürəm. Çünki əslində bu açıqlamalar Qərb və Rusiyanın rəqabəti fonunda ortaya çıxır", - deyə Tofiq Zülfüqarov qeyd edib. Politoloq Tofiq Abbasov isə deyir ki, bu formatlardan ən əlverişlisi Rusiyadır: "Çünki hər iki ölkənin Rusiya ilə daha sıx və etibarlı əlaqələri var. Baxmayaraq ki, Ermənistan Rusiyadan yavaş-yavaş uzaqlaşmağa çalışır, hazırkı məqamda ən əlverişli danışıqlar Rusiyanın vasitəçiliyi ilə keçirilə bilər. Çünki Qafqazın bütün ölkələrinə, o cümlədən Ermənistanın özünə də sabitlik və əminəmanlıq lazımdır. Hesab edirəm ki, sülh hamıdan çox Ermənistana lazımdır. Çünki bu ölkə hələ yol ayrıcındadır". Politoloq xatırladıb ki, müharibədən sonra bölgə ölkələri Azərbaycan liderinin təklif etdiyi altılıq formatında öz səylərini birləşdirməyə hazırlaşır: "Düzdür Gürcüstan prosesdə iştirak etmir, amma onun adından danışan aktor var. Bu onu göstərir ki, Gürcüstan da bu məsələdə yaxasını kənara çəkmir. Təbii ki, bu format Qərbin maraqlarına uyğun gəlmir və onu qəbuledilməz hesab edir. ABŞ və Aİ bu formatdan çəkinə bilərlər, ancaq bunu görməzdən gəlmək faydasızdır. Region ölkələri bütün problemləri kənar qüvvələrin müdaxiləsi olmadan həll etmək istəyirlər. Hazırda onların bu istəyi aktual və daha işlək görünür. Azərbaycan və Ermənistan arasında gedən proseslərin nizamlanmasında ən fəal rolu Rusiya oynayıb. Bu baxımdan mən Rusiyanın bu prosesdə rolunun daha yüksək və effektiv olduğunu düşünürəm".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460919808_46:0:2777:2048_1920x0_80_0_0_1fba4db7148aebe1043d91de2433f8c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan-ermənistan, tofiq zülfüqarov, tofiq zülfüqarov, politoloq, tofiq abbasov
azərbaycan-ermənistan, tofiq zülfüqarov, tofiq zülfüqarov, politoloq, tofiq abbasov
Azərbaycan-Ermənistan danışıqları üçün ən əlverişli format hansıdır?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, vasitəçiliyə iddia edən ölkələr sonn proseslərdən sonra birbaşa danışıqları dəstəkləməyə məcbur olublar.
BAKI, 15 dekabr — Sputnik. Azərbaycan və Ermənistan hökumətlərinin birgə bəyanatından sonra region gedən proseslərdə canlanma müşahidə edilir. Məsələ burasındadır ki, həm ABŞ, həm Rusiya, həm Aİ rəsmiləri Azərbaycan-Ermənistan arasındakı danışıqlarda vasitəçilik etmək niyyətlərini yenidən bəyan ediblər.
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda görüşü 2024-cü ilin yanvarında keçiriləcək.
Bəs hazırkı şəraitdə Azərbaycan-Ermənistan danışıqları üçün hansı format əlverişlidir?
Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov və politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıblar.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, vasitəçiliyə iddia edən ölkələr sonn proseslərdən sonra birbaşa danışıqları dəstəkləməyə məcbur olublar: "Azərbaycan artıq öz məqsədlərinə çatıb. Təbii olaraq, Azərbaycan öz məqsədlərinə çatana qədər Aİ, Fransa, ABŞ-ın öz regional siyasi maraqlarına uyğun cəhdlər edirdilər. Azərbaycan isə onların mənafeyinə xidmət edən fəaliyyətləri qəbul etmir və müntəzəm olaraq bunu tənqid edir. Bu baxımdan Azərbaycan tərəfi Gürcüstanı və ya birbaşa danışıqları təklif etdi. Məhz bunun nəticəsi olaraq Azərbaycan və Ermənistan birbaşa danışıqlar formatına üstünlük verdilər".
Sabiq XİN rəhbəri qeyd edib ki, bəzi ölkələr öz aralarındakı rəqabəti vasitəçilik donu altında bölgəyə gətirməyə çalışırlar: "Bu isə nə Azərbaycanın, nə də Ermənistanın xeyirinədir. Artıq bəlli olur ki, Ermənistan da bu vəziyyətdən narazıdır. Çünki özünün bu proseslərdə meydan kimi istifadə edilməsi xoşagələn deyil və yaxşı heç nə vəd etmir. Həmçinin o da qeyd olunmalıdır ki, danışıqlar bu və ya digər paytaxtda keçiriləndə həmin vasitəçilik təklif edən tərəflərin narazılığı nəzərə çarpırdı".
"İndi isə birbaşa əlaqələrin qurulması vasitəçi olmaq istəyən həmin ölkələri məcbur edir ki, bu prosesi dəstəkləsinlər. Buna baxmayaraq Avropa İttifaqı rəsmilərindən birtərəfli, ermənipərəst bəyanatlar gəlməkdə davam edir. Mən bu cür bəyanatların müvəqqəti xarakter daşıdığını düşünürəm. Çünki əslində bu açıqlamalar Qərb və Rusiyanın rəqabəti fonunda ortaya çıxır", - deyə Tofiq Zülfüqarov qeyd edib.
Politoloq Tofiq Abbasov isə deyir ki, bu formatlardan ən əlverişlisi Rusiyadır: "Çünki hər iki ölkənin Rusiya ilə daha sıx və etibarlı əlaqələri var. Baxmayaraq ki, Ermənistan Rusiyadan yavaş-yavaş uzaqlaşmağa çalışır, hazırkı məqamda ən əlverişli danışıqlar Rusiyanın vasitəçiliyi ilə keçirilə bilər. Çünki Qafqazın bütün ölkələrinə, o cümlədən Ermənistanın özünə də sabitlik və əminəmanlıq lazımdır. Hesab edirəm ki, sülh hamıdan çox Ermənistana lazımdır. Çünki bu ölkə hələ yol ayrıcındadır".
Politoloq xatırladıb ki, müharibədən sonra bölgə ölkələri Azərbaycan liderinin təklif etdiyi altılıq formatında öz səylərini birləşdirməyə hazırlaşır: "Düzdür Gürcüstan prosesdə iştirak etmir, amma onun adından danışan aktor var. Bu onu göstərir ki, Gürcüstan da bu məsələdə yaxasını kənara çəkmir. Təbii ki, bu format Qərbin maraqlarına uyğun gəlmir və onu qəbuledilməz hesab edir. ABŞ və Aİ bu formatdan çəkinə bilərlər, ancaq bunu görməzdən gəlmək faydasızdır. Region ölkələri bütün problemləri kənar qüvvələrin müdaxiləsi olmadan həll etmək istəyirlər. Hazırda onların bu istəyi aktual və daha işlək görünür. Azərbaycan və Ermənistan arasında gedən proseslərin nizamlanmasında ən fəal rolu Rusiya oynayıb. Bu baxımdan mən Rusiyanın bu prosesdə rolunun daha yüksək və effektiv olduğunu düşünürəm".