Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan AİB ölkələrindən nə qədər buğda idxal edib?

Abunə olmaq
Bu ilin 9 ayı ərzində Azərbaycan 149,9 min ton Qazaxıstan buğdası idxal edib. AİB ölkələrindən buğda tədarükü haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Avrasiya İqtisadi Birliyinin (AİB) iki ölkəsi bu ilin 9 ayı ərzində Azərbaycana buğdanın əsas tədarükçüsünə çevrilib. Belə ki, yanvar-sentyabr aylarında respublika Rusiya taxılının idxalını artıraraq, 160 milyon dollara 640 min ton bərk və yumşaq buğda alıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana 209 milyon dollar dəyərində 582 min ton buğda tədarük edilib.
Azərbaycan bazarına Rusiyadan sonra ikinci ən böyük buğda tədarükçüsü Qazaxıstandır.
Cari ilin doqquz ayı ərzində Azərbaycan 149,9 min ton Qazaxıstan buğdası idxal edib ki, bu da ötən ilin eyni dövründə 54,5 milyon dollar dəyərində olan 160 min ton buğda ilə müqayisədə 50,4 milyon dollara başa gəlib.
Azərbaycana buğda tədarükü ilə bağlı məlumatları şərh edən iqtisadçı ekspert Natiq Cəfərli ölkənin taxıl idxalından çox asılı olduğunu bildirib.
"Biz özümüzü yalnız 25% öz istehsalımız hesabına təmin edirik, qalanını isə alırıq. Ötən il Rusiya da taxıl ixracına müvəqqəti qadağa qoyub. O zaman Azərbaycan demək olar ki, tamamilə Qazaxıstan taxılına keçid edib, Qazaxıstandan idxalımız xeyli artıb", - deyə Cəfərli qeyd edib.
Qeyd edək ki, Rusiya hökuməti 2023-cü il dekabrın 11-də bərk buğdanın ixracına müvəqqəti qadağa qoyub. Qadağa 2024-cü il mayın 31-dək qüvvədə olacaq.
Xəbər lenti
0