DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ süni intellekti maliyyə sistemi üçün risklər siyahısına daxil edib – Yellen

© AFP 2024 / SAUL LOEBABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen - Sputnik Azərbaycan, 1920, 15.12.2023
Abunə olmaq
Yellen vurğulayıb ki, maliyyə təşkilatları innovativ texnologiyaları tətbiq etməyə davam etdikləri üçün süni intellektin tətbiqi də sürətlənə bilər.
BAKI, 15 dekabr — Sputnik. ABŞ hökumətinin Maliyyə Sabitliyinə Nəzarət Şurası süni intellektdən istifadəni maliyyə sistemi üçün mümkün risklər siyahısına daxil edib.
Bu barədə ölkənin maliyyə naziri Canet Yellen bildirib.
"Şura maliyyə xidmətlərində süni intellektdən istifadəni maliyyə sisteminin zəifliyi kimi mütləq müəyyən edib", - deyə Şura iclasının açılışında ABŞ Maliyyə nazirliyinin rəhbəri bəyan edib.
Yellen vurğulayıb ki, maliyyə təşkilatları innovativ texnologiyaları tətbiq etməyə davam etdikləri üçün süni intellektin tətbiqi də sürətlənə bilər. O, əlavə edib ki, şura bu texnologiyanın inkişafını müşahidə etməklə və yaranmış risklərə reaksiya verməklə süni intellekt texnologiyalarının istifadəsinə nəzarət sahəsində rol oynayacaq.
"Bu sahədə məsuliyyətli innovasiyaların dəstəklənməsi maliyyə sisteminə artan səmərəlilik kimi üstünlüklər əldə etməyə imkan verə bilər, lakin tətbiq edilməli olan mövcud risk idarəetmə prinsipləri və qaydaları da mövcuddur", - deyə o qeyd edib.
Süni intellekt məsələlərindən əlavə, Yellen, həmçinin Şuranın ABŞ hökuməti ilə özəl xarici şirkətlər arasında zəifliklərin davamlı qiymətləndirilməsini və məlumat mübadiləsini tələb edən ABŞ maliyyə sisteminin kibertəhlükəsizliyinin gücləndirilməsinə diqqət çəkib.
Xəbər lenti
0