Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Rəsmi Bakı Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab hazırlayır

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan bayraqları, arxiv şəkli
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2023
Abunə olmaq
Azərbaycan XİN rəhbəri bildirib ki, münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var.
BAKI, 14 dekabr — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla münasibətlərin normallaşmasının real göründüyünü bəyan edib.
XİN rəhbəri dekabrın 14-də türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan-Türkiyə müttəfiqliyinin bölgədə sabitliyin qorunmasının əsas faktoru olduğunu deyib.
"Münaqişədən sonra Ermənistanla normallaşma əlaqələrinin yaranmasında tarixi fürsət var. Region ölkələri arasında münasibətlər qurulmalıdır. Ermənistan tərəfi də eyni yanaşma ilə addımlar atacaq və belə olan təqdirdə müsbət nəticələr əldə etmək real görünür. Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır", - nazir qeyd edib.
Onun sözlərinə görə, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək.
“Mən buradan çağırış etmək istəyirəm ki, Azərbaycanla Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqeləri eynidir. Azərbaycan hər zaman normallaşma istiqamətində addımların atılması üçün niyyətini ortaya qoyub. Biz Ermənistana dəfələrlə ikitərəfli əsasda danışıqların aparılmasını təklif etmişik”, - C.Bayramov vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir: “Türkiyə həm də Ermənistanın qonşusudur. Zatən Azərbaycan masada varsa, Türkiyə də orada var. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də faydalıdır”.
Xəbər lenti
0