Fotolent. Bakıda "Best Model of Azerbaijan" gözəllik müsabiqəsi keçirilib
Fotolent. Bakıda "Best Model of Azerbaijan" gözəllik müsabiqəsi keçirilib
Sputnik Azərbaycan
Azərbaycan dizaynerlərinin hazırladığı libaslarla müsabiqəyə qatılan iştirakçıların podiumdakı şəkilləri Sputnik Azərbaycan-ın fotolentində. 14.12.2023, Sputnik Azərbaycan
"Best Model of The World" beynəlxalq müsabiqəsinin finalında Azərbaycanı təmsil edəcək ən gözəl modellər Bakıda keçirilən "Best Model of Azerbaijan" müsabiqəsinin yekunlarına əsasən seçilib. Bu yaxınlarda Bakıdakı "Fairmont Baku Flame Towers"də "Best Model of Azerbaijan" milli gözəllik müsabiqəsinin finalının parlaq şousu baş tutub. Burada 14 qız və 13 oğlan iştirak edib. Münsiflər heyəti iştirakçıları təkcə xarici görünüşünə görə deyil, həm də səhnədə gözəl yeriş bacarığına və bir çox digər parametrlərə görə qiymətləndirib. Tamaşaçılara bir neçə defile nümayişi, o cümlədən azərbaycanlı dizaynerlərin hazırladıqları libaslar nümayiş etdirilib. Münsiflər heyəti qalibləri seçməkdə çətinlik çəkib, çünki onlar çoxlu sayda iştirakçı arasından seçim etməli olublar. Uzun sürən məsləhətləşmələrdən sonra müsabiqənin qalibləri müəyyən olunub. Qızlar arasında Fatimə Nəzərli, oğlanlar arasında isə Nurxan Xəlili qalib seçilib.
Azərbaycan dizaynerlərinin hazırladığı libaslarla müsabiqəyə qatılan iştirakçıların podiumdakı şəkilləri Sputnik Azərbaycan-ın fotolentində.
"Best Model of The World" beynəlxalq müsabiqəsinin finalında Azərbaycanı təmsil edəcək ən gözəl modellər Bakıda keçirilən "Best Model of Azerbaijan" müsabiqəsinin yekunlarına əsasən seçilib.
Bu yaxınlarda Bakıdakı "Fairmont Baku Flame Towers"də "Best Model of Azerbaijan" milli gözəllik müsabiqəsinin finalının parlaq şousu baş tutub. Burada 14 qız və 13 oğlan iştirak edib. Münsiflər heyəti iştirakçıları təkcə xarici görünüşünə görə deyil, həm də səhnədə gözəl yeriş bacarığına və bir çox digər parametrlərə görə qiymətləndirib.
Tamaşaçılara bir neçə defile nümayişi, o cümlədən azərbaycanlı dizaynerlərin hazırladıqları libaslar nümayiş etdirilib. Münsiflər heyəti qalibləri seçməkdə çətinlik çəkib, çünki onlar çoxlu sayda iştirakçı arasından seçim etməli olublar. Uzun sürən məsləhətləşmələrdən sonra müsabiqənin qalibləri müəyyən olunub. Qızlar arasında Fatimə Nəzərli, oğlanlar arasında isə Nurxan Xəlili qalib seçilib.