SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan kommunikasiyaların açılması üçün konkret addımlar atmağa hazırdır - Paşinyan

© Sputnik / Рамиль СитдиковNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 14.12.2023
Abunə olmaq
Paşinyan bildirib ki, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları "Sülh kəsişməsi" konsepsiyasında öz əksini tapıb.
BAKI, 14 dekabr — Sputnik. Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır. Bunu Baş nazir Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.
"30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Bu gün biz regionda nəqliyyat kommunikasiyaların açılması imkanları barədə çox danışırıq və müzakirələr edirik", - Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları "Sülh kəsişməsi" konsepsiyasında öz əksini tapıb. Baş nazir əmindir ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək.
Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu kommunikasiyalarını bərpa etməyə, həm də yeni əlaqələr qurmağa hazırdır. Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə birləşdirəcək yoldan, cənub istiqamətində isə Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək qoldan danışırıq. İrəvan hesab edir ki, bu rabitəni şimal istiqaməti ilə təmin etmək olar.

Paşinyan bildirib ki, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları "Sülh kəsişməsi" konsepsiyasında öz əksini tapıb.

"Biz Türkiyə ilə dəmir yolu və avtomobil yollarının açılmasına eyni hazırlığı nümayiş etdiririk", - Paşinyan bildirib.
Onun fikrincə, kommunikasiyaların açılması təkcə regiona əhəmiyyətli təsir göstərməyəcək, iqtisadi əlaqələri gücləndirəcək və qlobal təhlükəsizlik məsələlərini həll edəcək.
Baş nazir konsepsiyada əksini tapmış prinsipləri də xatırladıb. O qeyd edib ki, bütün infrastruktur, o cümlədən avtomobil, dəmir yolu və hava yolları, o cümlədən boru kəmərləri, kabel və elektrik xətləri keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir:
"Hər bir ölkə öz dövlət qurumları vasitəsilə və öz ərazisində sərhəd, gömrük nəzarəti və bütün infrastrukturların, o cümlədən nəqliyyat vasitələrinin, yüklərin və insanların öz ərazisindən keçməsini təmin edir. Bütün infrastruktur həm beynəlxalq, həm də daxili nəqliyyat üçün istifadə edilə bilər. Ölkələr qarşılıqlı və bərabərliyə əsaslanan bütün infrastrukturlardan istifadə edirlər. Bu prinsiplərə uyğun olaraq sərhəd və gömrük nəzarəti qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər".
Xatırladaq ki, "Sülh kəsişməsi" layihəsi 2023-cü ilin oktyabrında Tbilisidə keçirilən "İpək Forumu" çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən təqdim edilib. Layihə çərçivəsində Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 keçid məntəqəsi quraşdırmağa hazırdır. "Sülh kəsişməsi"nin tam yenidən qurulması Ermənistan Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, 500 milyon dollara başa gələcək.
Xəbər lenti
0