https://sputnik.az/20231214/azerbaycanda-v-e-yoluxanlarin-sok-statistikasi-461303086.html
Azərbaycanda İİV-ə yoluxanların şok statistikası
Azərbaycanda İİV-ə yoluxanların şok statistikası
Sputnik Azərbaycan
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib 2 321 nəfərdən 1 340 nəfəri istifadəçi olması müəyyən olunub 14.12.2023, Sputnik Azərbaycan
2023-12-14T18:05+0400
2023-12-14T18:05+0400
2023-12-14T18:06+0400
iiv
səhiyyə
yoluxma
iiv-ə yoluxma
statistika
iiv/qiçs
qiçs
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/40792/95/407929558_0:41:2000:1166_1920x0_80_0_0_012e425e9f949716900cef7b5e34906a.jpg
BAKI, 14 dekabr — Sputnik. Ötən 11 ay ərzində Azərbaycanda 792 nəfər İİV-ə yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb. Bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 81668 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib 2 321 nəfərdən 1 340 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 11 ay ərzində İİV-ə 792 nəfər yoluxub. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilərdir. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40792/95/407929558_293:0:2000:1280_1920x0_80_0_0_ad4563369855b5a67d40f842633728f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iiv, yoluxma, iiv-ə yoluxma, statistika, iiv/qiçs, qiçs, səhiyyə nazirliyi
iiv, yoluxma, iiv-ə yoluxma, statistika, iiv/qiçs, qiçs, səhiyyə nazirliyi
Azərbaycanda İİV-ə yoluxanların şok statistikası
18:05 14.12.2023 (Yenilənib: 18:06 14.12.2023) Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib 2 321 nəfərdən 1 340 nəfəri istifadəçi olması müəyyən olunub
BAKI, 14 dekabr — Sputnik. Ötən 11 ay ərzində Azərbaycanda 792 nəfər İİV-ə yoluxub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 81668 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilib 2 321 nəfərdən 1 340 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 379, QİÇS-lə Mübarizə Mərkəzində 446, Sumqayıt Narkoloji Mərkəzində 173 nəfər) 990 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 11 ay ərzində İİV-ə 792 nəfər yoluxub. Onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilərdir. Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) İnyekson Narkotik İstifadəçiləri olub.