https://sputnik.az/20231214/abs-zelenskiden-uz-donderib---ceyms-stavridis-461297515.html
ABŞ Zelenskidən üz döndərib - Ceyms Stavridis
ABŞ Zelenskidən üz döndərib - Ceyms Stavridis
Sputnik Azərbaycan
İstefada olan admiral bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bu yay hücumunda uğur qazanmadığı etiraf edilməlidir. 14.12.2023, Sputnik Azərbaycan
2023-12-14T11:31+0400
2023-12-14T11:31+0400
2023-12-14T11:38+0400
vladimir zelenski
dünya xəbərləri
ukrayna
silahlı qüvvələr
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116814_0:156:3000:1844_1920x0_80_0_0_dd32933aa2cd18cff8ec41f5672c25f1.jpg
BAKI, 14 dekabr — Sputnik. ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücumuna görə Ukrayna prezidenti Vladimir Zelenskidən üz döndərib. Bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun keçmiş baş komandanı Ceyms Stavridis MSNBC telekanalının efirində bildirib. "Biz səmimi şəkildə Ukrayna Silahlı Qüvvələrinin bu yay hücumunda uğur qazanmadığını etiraf etməliyik. Bu, həqiqətən də uğursuz oldu. Ukraynanın hücumu gecikdi. Bu, ABŞ-da məyusluğa səbəb oldu. İndi Zelenski bir il əvvəlkindən tamamilə fərqli vəziyyətdədir", - o deyib. Stavridis onu da vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin üçün vəziyyət ən yaxşı şəkildə inkişaf edir: o, bir çox ölkələrlə əlaqələri möhkəmləndirib, Ukrayna ordusunun hücumu isə uğursuz alınıb. "Vladimir Putin əla işləyir. Bu, onun üçün yaxşı ildir", - təqaüddə olan admiral bildirib. Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar üçün ABŞ paytaxtına gedib. Nümayəndələr Palatası Ukraynaya yardım layihəsini təsdiqləməyə tələsmir, çünki respublikaçılar sərhədlərin mühafizəsinə yanaşmaların dəyişdirilməsini tələb edirlər. Eyni zamanda, Ağ Ev xəbərdarlıq edib ki, Ukraynaya yardım imkanları tükənəcək və gələcək dəstək üçün heç bir təminat yoxdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/1d/459116814_167:0:2834:2000_1920x0_80_0_0_970e5dbf1f4502ebbc0e7b2381281a94.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
vladimir zelenski, ukrayna, silahlı qüvvələr, rusiya prezidenti vladimir putin, vladimir putin
vladimir zelenski, ukrayna, silahlı qüvvələr, rusiya prezidenti vladimir putin, vladimir putin
ABŞ Zelenskidən üz döndərib - Ceyms Stavridis
11:31 14.12.2023 (Yenilənib: 11:38 14.12.2023) İstefada olan admiral bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bu yay hücumunda uğur qazanmadığı etiraf edilməlidir.
BAKI, 14 dekabr — Sputnik. ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücumuna görə Ukrayna prezidenti Vladimir Zelenskidən üz döndərib. Bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun keçmiş baş komandanı Ceyms Stavridis MSNBC telekanalının efirində bildirib.
"Biz səmimi şəkildə Ukrayna Silahlı Qüvvələrinin bu yay hücumunda uğur qazanmadığını etiraf etməliyik. Bu, həqiqətən də uğursuz oldu. Ukraynanın hücumu gecikdi. Bu, ABŞ-da məyusluğa səbəb oldu. İndi Zelenski bir il əvvəlkindən tamamilə fərqli vəziyyətdədir", - o deyib.
Stavridis onu da vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin üçün vəziyyət ən yaxşı şəkildə inkişaf edir: o, bir çox ölkələrlə əlaqələri möhkəmləndirib, Ukrayna ordusunun hücumu isə uğursuz alınıb.
"Vladimir Putin əla işləyir. Bu, onun üçün yaxşı ildir", - təqaüddə olan admiral bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar üçün ABŞ paytaxtına gedib. Nümayəndələr Palatası Ukraynaya yardım layihəsini təsdiqləməyə tələsmir, çünki respublikaçılar sərhədlərin mühafizəsinə yanaşmaların dəyişdirilməsini tələb edirlər. Eyni zamanda, Ağ Ev xəbərdarlıq edib ki, Ukraynaya yardım imkanları tükənəcək və gələcək dəstək üçün heç bir təminat yoxdur.