CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xudatda evləri və obyektləri su basıb - Video

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Xudatda evləri və obyektləri su basıb
Xudatda evləri və obyektləri su basıb - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
Əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
BAKI, 13 dekabr — Sputnik. Xudatda bir çox evləri və obyektləri su basıb. Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar xəttinə intensiv yağış səbəbindən Xaçmaz rayon Xudat şəhəri ərazisində tikililərin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Bununla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0