https://sputnik.az/20231213/srailin-qezzaya-endirdiyi-zerbeler-neticesinde-olenlerin-sayi-19-mine-catir-461294782.html
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 19 minə çatır
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 19 minə çatır
Sputnik Azərbaycan
BAKI, 13 dekabr — Sputnik. Oktyabrın 7-də İsrailin zərbələri nəticəsində eskalasiyanın artmasından sonra Qəzza zolağında həlak olanların sayı 18,6 min nəfərə... 13.12.2023, Sputnik Azərbaycan
2023-12-13T19:31+0400
2023-12-13T19:31+0400
2023-12-13T19:31+0400
qəzza
dünya xəbərləri
fələstin
qurban
yaralı
həlak
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/19/459930839_0:160:3072:1888_1920x0_80_0_0_2ab3b1b7940ee1afdda4675ad1766ee6.jpg
BAKI, 13 dekabr — Sputnik. Oktyabrın 7-də İsrailin zərbələri nəticəsində eskalasiyanın artmasından sonra Qəzza zolağında həlak olanların sayı 18,6 min nəfərə çatıb, 50,6 minə yaxın insan isə yaralanıb. TASS xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin teleqram kanalında yayılan bəyanatda deyilir: Oktyabrın 7-dən bəri İsrail hücumu nəticəsində qurbanların sayı 18 608 nəfərə çatıb, 50 594 nəfər isə yaralanıb. Nazirlik əlavə edib ki, son saatlarda 190-dan çox ölü və 500-ə yaxın yaralı anklavın xəstəxanalarına çatdırılıb, bundan əlavə, çoxlu sayda qurban hələ də dağıntılar altında və küçələrdədir. Xatıqladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür. Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/19/459930839_171:0:2902:2048_1920x0_80_0_0_162ac5dfe47b822acd96068383838ef9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qəzza, fələstin, qurban, yaralı, həlak
qəzza, fələstin, qurban, yaralı, həlak
BAKI, 13 dekabr — Sputnik. Oktyabrın 7-də İsrailin zərbələri nəticəsində eskalasiyanın artmasından sonra Qəzza zolağında həlak olanların sayı 18,6 min nəfərə çatıb, 50,6 minə yaxın insan isə yaralanıb. TASS xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin teleqram kanalında yayılan bəyanatda deyilir: Oktyabrın 7-dən bəri İsrail hücumu nəticəsində qurbanların sayı 18 608 nəfərə çatıb, 50 594 nəfər isə yaralanıb.
Nazirlik əlavə edib ki, son saatlarda 190-dan çox ölü və 500-ə yaxın yaralı anklavın xəstəxanalarına çatdırılıb, bundan əlavə, çoxlu sayda qurban hələ də dağıntılar altında və küçələrdədir.
Xatıqladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Yaxın Şərq böhranının həlli yalnız BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş və Fələstin daxilində müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan "iki dövlət" formuluna əsasən mümkündür.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və toqquşma mənbəyi olub. 1947-ci ildə SSRİ-nin fəal rolu ilə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən etdi, lakin yalnız İsrail dövləti yaradıldı. İsrail iki dövlət prinsipi ilə razılaşdığını bəyan etməklə yanaşı, Fələstin torpaqlarını tam azad etməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.