Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qızılca ilə bağlı əhaliyə vacib xəbərdarlıq

© iStock.com / StockPlanetsQızılcaya yoluxmuş uşaq, arxiv şəkli
Qızılcaya yoluxmuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
Günay İsmayılova bildirib ki, qrip adətən 1 həftə çəkir, müddət uzanırsa, viral infeksiyalara əlavə bakteriyalar da qoşulur.
BAKI, 13 dekabr — Sputnik. Səhiyyə Nazirliyi kəskin respirator infeksiyalarla bağlı əhaliyə çağırış edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova nazirliyin rəsmi instaqram səhifəsində respirator viruslarla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, kəskin respirator infeksiyalar əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir. Terapevt bildirib ki, payız-qış mövsümündə bu infeksiya daha çox yayılır:

"Soyuq havada qapalı məkanda toplanma, immun sisteminin zəifləməsi, eləcə də meyvə-tərəvəzin az qəbulu xəstələnməni qaçılmaz edir. Qrip adətən 1 həftə çəkir, müddət uzanırsa, viral infeksiyalara əlavə bakteriyalar da qoşulur. Bu səbəbdən həkimə müraciət tövsiyə olunur".

Terapevt bildirib ki, kəskin respirator infeksiyaların 25 %-ni məhz qrip təşkil edir: "Xəstəliyin əsas simptomları öskürək, yüksək hərarət, boğazağrısı, qıcıqlanma, üşümə, halsızlıq və s. -dir. Qripin inkubasiya dövrü 2-3 gün, xəstəlik isə 1 həftə davam edir. Düzgün müalicə metodu olmasa, qripin ciddi fəsadları ola bilər. Xəstəliyə yoluxmamaq üçün vitaminlərlə zəngin düzgün qidalanma, maye balansı mütləqdir. Yuxu rejiminin də immun sisteminin güclənməsində böyük rolu var".
O, həmçinin qeyd edib ki, qızılcanın ən çox yoluxuculuq dövrü kotaral və səpki mərhələsində olur. Piqmentasiya dövründə isə uşaqlar yoluxucu hesab olunmur. Pediatr vurğulayıb ki, qızılca yüksək yoluxuculuğu olan virusdur:

"Bunun kəskin respirator infeksiyaların simptomları ilə oxşarlıq təşkil edir. Kliniki gedişatına görə kataral, səpki və piqmentasiya dövrünə bölünür. Kataral dövr 4-5 gün çəkir. Bu zaman yüksək hərarət, boğaz ağrısı, halsızlıq və digər hallar müşahidə olunur. Səpkilər qırmızı və xırda ölçülü olur və baş-boyun nahiyəsindən başlayaraq digər yerlərə yayılır. Piqmentasiya dövründə artıq səpkilərin qəhvəyi rəngə çevrilir və qabıqlanma dövrü başlayır. Bu proses də təxminən 8-10 gün çəkir".

Onun sözlərinə görə, qızılcadan qorunmağın ən effektiv üsulu peyvənd vurdurmaqdır:
"Peyvənd 1 və 6 yaşında iki doza olmaqla vurulur. Hər iki doza peyvənd vurulubsa 97 % xəstəlikdən ömürlük qorunmaq olar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0