Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Peşə məktəblərində təhsil haqlarına yenidən baxılması təklif edilir

© Sputnik / Irade JELILPeşə liseyinin aşpazlıq üzrə təhsil alan şagirdləri, arxiv şəkli
Peşə liseyinin aşpazlıq üzrə təhsil alan şagirdləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
Nazir bildirib ki, rəqabətli kadrların hazırlanmasını tələb edən bəzi ixtisaslar var. Məsələn, aşpaz ixtisası kifayət qədər mürəkkəb və bahadır. Məsələn, beşulduzlu hotel üçün yaxşı aşpaz hazırlamaq baha başa gəlir.
BAKI, 13 dekabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif edib.
Nazir bildirib ki, peşə məktəblərində təhsili haqları ilə bağlı məsələdə bəzi dəyişikliklərə ehtiyac var:

"Rəqabətli kadrların hazırlanmasını tələb edən bəzi ixtisaslar var. Məsələn, aşpaz ixtisası kifayət qədər mürəkkəb və bahadır. Məsələn, beşulduzlu hotel üçün yaxşı aşpaz hazırlamaq baha başa gəlir. Biz bunu başa düşməsək və ildə 500 manata aşpaz hazırlasaq, nəticə etibarilə əmək bazarında rəqabətli ixtisasa sahib şəxs olmayacaq. Ona görə də qoyulan investisiya ilə kadrın rəqabətliliyi arasında əlaqəni qiymətləndirmək lazımdır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Peşə təmayüllü məkan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası
Azad olunan ərazilərdə peşə məktəbləri açılacaq
Xəbər lenti
0