CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hansı əlamətdar hadisələr baş verib: 13 dekabr

© Sputnik13 dekabr
13 dekabr - Sputnik Azərbaycan, 1920, 13.12.2023
Abunə olmaq
Dekabrın 13-də dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib. Bütün bu hadisələr haqqında daha ətraflı Sputnik Azərbaycan-ın icmalında.
BAKI, 13 dekabr — Sputnik. Dekabrın 13-də bir çox dünya şöhrətli, həmçinin Azərbaycandan olan aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün tarixə düşən hadisələr də baş verib.
13 dekabrda kimlər anadan olub?
Abbas Ələsgərov (1937-2018) - Azərbaycanın əməkdar memarıdır.
Nərgiz Paşayeva (1962) - filologiya elmləri doktoru, professor, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü.
Azər Zeynalov (1964) - Azərbaycanın xalq artisti, opera müğənnisi və professorudur
Nailə Əsgərzadə (1987) - rusiyalı jurnalist, teleaparıcı, TEFI-2018 mükafatı laureatıdır. O, Bakıda anadan olub.
IV Henri (1553 -1610) - Fransa kralı, Burbon kral sülaləsinin banisidir.
Valeri Bryusov (1873 -1924) - rusiyalı şair, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, ədəbi tənqidçi və tarixçidir. Rus simvolizminin banilərindən biridir.
Kristofer Plammer (1929-2021) - kanadalı teatr, kino və televiziya aktyorudur. "Emmi", "Toni", "Oskar" və "Qızıl Qlobus" mükafatlarının ikiqat laureatıdır. O, daha çox "Musiqinin səsi", "Çəhrayı panteranın qayıdışı", "12 meymun", "Öz adamınız" və s. filmlərdə iştirakı ilə tanınıb.
Nikolay Rıbnikov (1930-1990) - Rusiyanın teatr və kino aktyoru, usiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) xalq artistidir. O, "Zareçnaya küçəsində bahar", "Qızlar" və s. filmləri ilə tanınır.
Murat Nasırov (1969-2007) - Qazaxıstan və Rusiya estrada müğənnisi və bəstəkarıdır. "Oğlan Tambova getmək istəyir", "Mən sənəm", "Kimsə bağışlayacaq", "Bu aylı gecələr" və s. hitlərin ifaçısıdır.
Taylor Svift (1989) amerikalı kantri-pop ifaçısı, bəstəkarı və aktrisasıdır. 2023-cü ildə "Time" jurnalı onu "İlin adamı" seçib.
Dekabrın 13-də dünyada baş verən tarixi hadisələr
1922-ci ildə 1-ci Zaqafqaziya Sovetlər qurultayı (Bakı) Zaqafqaziya Sosialist Sovet Respublikaları Federativ İttifaqını ona üzv olan respublikaların müstəqilliyini qorumaqla, onu Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasına (ZSFSR) çevirib. Qurultay ZSFSR Konstitusiyasını təsdiq edib, qafqaz Mərkəzi Seçki Komitəsini (MSK) və İ.D.Oraxelaşvilinin başçılıq etdiyi hökuməti - ZSFSR Xalq Komissarları Sovetini formalaşdırıb.
1938-ci ildə Almaniyanın şimal-qərbindəki Noyenqamme ən böyük konsentrasiya düşərgəsi qurulub.
1981-ci ildə Polşada hərbi vəziyyət tətbiq eolunub (22 iyul 1983-cü ildə ləğv edilib).
1991-ci ildə Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. Bu dövlət Türkiyə və Rumıniyadan sonra Azərbaycan Respublikasının müstəqilliyini tanıyan üçüncü dövlət olub.
2019-cu ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa edilən ilk "Laçın" tankeri istifadəyə verilib və "Azərbaycan" bərə gəmisi dənizə buraxılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0