https://sputnik.az/20231213/arbitraj-haqqinda-yeni-qanun-gelir---mehkemelerin-is-yuku-azalacaqmi-461254110.html
"Arbitraj haqqında" yeni qanun gəlir - Məhkəmələrin iş yükü azalacaqmı?
"Arbitraj haqqında" yeni qanun gəlir - Məhkəmələrin iş yükü azalacaqmı?
Sputnik Azərbaycan
Hüquqşünaslar deyir ki, arbitraj dövlət məhkəməsi deyil, xüsusi məhkəmədir və ancaq iqtisadi, kommersiya mübahisələrinə baxır. Dünya təcrübəsində bu, geniş... 13.12.2023, Sputnik Azərbaycan
2023-12-13T10:01+0400
2023-12-13T10:01+0400
2023-12-13T10:01+0400
məhkəmə
cəmiyyət
arbitraj məhkəməsi
milli məclis
prezident ilham əliyev
əli hüseynov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843453_0:136:3157:1912_1920x0_80_0_0_3c35365656b542cba35cd5e82e175f95.jpg
BAKI, 13 dekabr — Sputnik. Milli Məclisdə "Arbitraj haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bu qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyəcək, arbitraj sazişinə dair tələbləri, Azərbaycanda arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edəcək. Bəs, yeni qanun hansı zərurətdən doğur? Yeni qanunun qəbulu ilə məhkəmələrin iş yükü azalacaqmı? Bu, sahibkarlığın inkişafına təkan verəcəkmi? "Arbitraj özəl məhkəmədir" Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a bildirib ki, arbitraj, tərəflər arasında olan mübahisənin dövlət məhkəməsindən kənar məhkəmədə baxılmasıdır: "Sadə dildə desək, arbitraj özəl məhkəmədir. Tərəflər öncədən müqavilə bağlayır və həmin sənəddə qeyd edilir ki, mübahisə yaranarsa, buna dövlət məhkəməsində yox, arbitraj məhkəməsində baxılacaq. Dünya təcrübəsində bu, geniş yayılıb. Müxtəlif səbəblərdən (dövlət məhkəməsində işin çox uzanma ehtimalı və s.) tərəflər mübahisələrə arbitrajda baxılmasına üstünlük verirlər. Xarici vətəndaşlar da mübahisələrini Azərbaycanda arbitraj məhkəmələrində həll edə bilərlər. Həmçinin Azərbaycanın hüquqi və fiziki şəxsləri öz mübahisələrini məsələn, Fransada, Böyük Britaniyadakı arbitraj məhkəmələrində həll edə bilirlər". Hüquqşünasın fikrincə, arbitrlərə etimad olmalıdır ki, tərəflər onlara müraciət etsinlər. Lakin ümumilikdə yeni qanunun qəbulu müsbətdir. "Arbitrajların olması ilə məhkəmələrin iş yükü azalacaq""Bir qayda olaraq arbitrlər iqtisadi, sahibkarlar arasında olan mübahisələrə baxırlar" deyən hüquqşünas bildirib ki, əgər arbitrajlar normal şəkildə işləsələr, bu, məhkəmələrin iş yükünü azaldacaq, sahibkarlığın inkişafına dəstək verəcək. Hüquqşünas Elyar Həsənov da Sputnik Azərbaycan-a deyib ki, arbitraj dövlət məhkəməsi deyil, xüsusi məhkəmədir və ancaq iqtisadi, kommersiya mübahisələrinə baxır:"Məsələn, 2 biznesmen öncədən müqavilə bağlayır və aralarında yarana biləcək mübahisəyə hansı arbitraj məhkəməsində baxılacağı ilə bağlı razılığa gəlir. Bir çox inkişaf etmiş ölkələrdə arbitraj məhkəmələrindən çox geniş şəkildə istifadə edilir. Hətta beynəlxalq arbitrajlar var ki, bir sıra ölkələrin şirkətləri aralarında müqavilə bağlayarkən həmin arbitrajları seçirlər". "Arbitrajların olması ilə məhkəmələrin iş yükü azalacaq. Arbitrajlar normal işləsə, müsbət nəticələrə gətirib çıxardacaq", - deyə hüquqşünas əlavə edib. Hüquqi islahatların növbəti mərhələsi Qeyd edək ki, Milli Məclisin plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov ölkəmizdə yeni arbitraj təsisatının formalaşmasının ölkə başçısının rəhbərliyi altında həyata keçirilən hüquqi islahatların bir mərhələsi olduğunu deyib. O bildirib ki, arbitraj təsisatının yaradılması iqtisadi fəaliyyət sahəsində meydana gələn mübahisələrin səmərəli alternativ üsulu olaraq məhkəmələrin iş yükünün əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək. Bildirilib ki, 8 fəsildən və 59 maddədən ibarət olan sənəddə əsas anlayışlar, qanunun tətbiq dairəsi, arbitraj təşkilatlarının təşkili formaları və prinsipləri, arbitrajda baxılan işlər, arbitraj sazişi, arbitraj icraatı və digər məsələlərlə bağlı müddəalar ehtiva olunur. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Arbitraj haqqında" qanun layihəsinin müzakirəyə çıxarılmasını Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquq islahatlarının növbəti mərhələsi kimi xarakterizə edib. "Beynəlxalq arbitraj haqqında" qanun ləğv ediləcək Xatırladaq ki, qanun layihəsinə əsasən, arbitraj – arbitraj məhkəməsi tərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesidir. Arbitraj sazişi – tərəflər arasında yaranan və ya yarana biləcək mübahisələrin arbitraja verilməsi barədə tərəflərin razılaşmasıdır. Arbitraj sazişi yazılı formada bağlanılır. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və ya ayrıca müqavilə formasında ola bilər. Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirəcək. Bu qanun qüvvəyə mindiyi gündən "Beynəlxalq arbitraj haqqında" qanun ləğv ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/03/427843453_213:0:2944:2048_1920x0_80_0_0_4091788149363c130d9255e61441158c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
məhkəmə, arbitraj məhkəməsi, milli məclis, prezident ilham əliyev, əli hüseynov
məhkəmə, arbitraj məhkəməsi, milli məclis, prezident ilham əliyev, əli hüseynov
"Arbitraj haqqında" yeni qanun gəlir - Məhkəmələrin iş yükü azalacaqmı?
Hüquqşünaslar deyir ki, arbitraj dövlət məhkəməsi deyil, xüsusi məhkəmədir və ancaq iqtisadi, kommersiya mübahisələrinə baxır. Dünya təcrübəsində bu, geniş yayılıb.
BAKI, 13 dekabr — Sputnik. Milli Məclisdə "Arbitraj haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bu qanun arbitrajın həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyəcək, arbitraj sazişinə dair tələbləri, Azərbaycanda arbitraj məhkəmələrinin və daimi arbitraj təşkilatlarının təşkili, fəaliyyət göstərməsi, arbitraj icraatının aparılması, arbitraj qərarlarının tanınması və icrası qaydalarını müəyyən edəcək.
Bəs, yeni qanun hansı zərurətdən doğur? Yeni qanunun qəbulu ilə məhkəmələrin iş yükü azalacaqmı? Bu, sahibkarlığın inkişafına təkan verəcəkmi?
"Arbitraj özəl məhkəmədir"
Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a bildirib ki, arbitraj, tərəflər arasında olan mübahisənin dövlət məhkəməsindən kənar məhkəmədə baxılmasıdır:
"Sadə dildə desək, arbitraj özəl məhkəmədir. Tərəflər öncədən müqavilə bağlayır və həmin sənəddə qeyd edilir ki, mübahisə yaranarsa, buna dövlət məhkəməsində yox, arbitraj məhkəməsində baxılacaq. Dünya təcrübəsində bu, geniş yayılıb. Müxtəlif səbəblərdən (dövlət məhkəməsində işin çox uzanma ehtimalı və s.) tərəflər mübahisələrə arbitrajda baxılmasına üstünlük verirlər. Xarici vətəndaşlar da mübahisələrini Azərbaycanda arbitraj məhkəmələrində həll edə bilərlər. Həmçinin Azərbaycanın hüquqi və fiziki şəxsləri öz mübahisələrini məsələn, Fransada, Böyük Britaniyadakı arbitraj məhkəmələrində həll edə bilirlər".
Hüquqşünasın fikrincə, arbitrlərə etimad olmalıdır ki, tərəflər onlara müraciət etsinlər. Lakin ümumilikdə yeni qanunun qəbulu müsbətdir.
"Arbitrajların olması ilə məhkəmələrin iş yükü azalacaq"
"Bir qayda olaraq arbitrlər iqtisadi, sahibkarlar arasında olan mübahisələrə baxırlar" deyən hüquqşünas bildirib ki, əgər arbitrajlar normal şəkildə işləsələr, bu, məhkəmələrin iş yükünü azaldacaq, sahibkarlığın inkişafına dəstək verəcək.
Hüquqşünas Elyar Həsənov da Sputnik Azərbaycan-a deyib ki, arbitraj dövlət məhkəməsi deyil, xüsusi məhkəmədir və ancaq iqtisadi, kommersiya mübahisələrinə baxır:
"Məsələn, 2 biznesmen öncədən müqavilə bağlayır və aralarında yarana biləcək mübahisəyə hansı arbitraj məhkəməsində baxılacağı ilə bağlı razılığa gəlir. Bir çox inkişaf etmiş ölkələrdə arbitraj məhkəmələrindən çox geniş şəkildə istifadə edilir. Hətta beynəlxalq arbitrajlar var ki, bir sıra ölkələrin şirkətləri aralarında müqavilə bağlayarkən həmin arbitrajları seçirlər".
"Arbitrajların olması ilə məhkəmələrin iş yükü azalacaq. Arbitrajlar normal işləsə, müsbət nəticələrə gətirib çıxardacaq", - deyə hüquqşünas əlavə edib.
Hüquqi islahatların növbəti mərhələsi
Qeyd edək ki, Milli Məclisin plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov ölkəmizdə yeni arbitraj təsisatının formalaşmasının ölkə başçısının rəhbərliyi altında həyata keçirilən hüquqi islahatların bir mərhələsi olduğunu deyib. O bildirib ki, arbitraj təsisatının yaradılması iqtisadi fəaliyyət sahəsində meydana gələn mübahisələrin səmərəli alternativ üsulu olaraq məhkəmələrin iş yükünün əhəmiyyətli dərəcədə azaldılmasına xidmət edəcək.
Bildirilib ki, 8 fəsildən və 59 maddədən ibarət olan sənəddə əsas anlayışlar, qanunun tətbiq dairəsi, arbitraj təşkilatlarının təşkili formaları və prinsipləri, arbitrajda baxılan işlər, arbitraj sazişi, arbitraj icraatı və digər məsələlərlə bağlı müddəalar ehtiva olunur.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Arbitraj haqqında" qanun layihəsinin müzakirəyə çıxarılmasını Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquq islahatlarının növbəti mərhələsi kimi xarakterizə edib.
"Beynəlxalq arbitraj haqqında" qanun ləğv ediləcək
Xatırladaq ki, qanun layihəsinə əsasən, arbitraj – arbitraj məhkəməsi tərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesidir.
Arbitraj sazişi – tərəflər arasında yaranan və ya yarana biləcək mübahisələrin arbitraja verilməsi barədə tərəflərin razılaşmasıdır. Arbitraj sazişi yazılı formada bağlanılır. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və ya ayrıca müqavilə formasında ola bilər.
Daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirəcək.
Bu qanun qüvvəyə mindiyi gündən "Beynəlxalq arbitraj haqqında" qanun ləğv ediləcək.