https://sputnik.az/20231212/yeni-il-gecesi-ucun-fantastik-qiymetler---susada-3500-manata-461237061.html
Yeni il gecəsi üçün fantastik qiymətlər - Şuşada 3500 manata...
Yeni il gecəsi üçün fantastik qiymətlər - Şuşada 3500 manata...
Sputnik Azərbaycan
Artıq indidən bayram günləri üçün hotellərdə boş yerlər bron edilib. 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T10:01+0400
2023-12-12T10:01+0400
2023-12-12T10:01+0400
şuşa
cəmiyyət
otel
yeni il
yeni il
yeni il bayramı
yeni il şənliyi
dünya azərbaycanlılarının həmrəylik günü və yeni il
mehmanxana
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/02/461029740_0:111:2121:1304_1920x0_80_0_0_e456661de0bf775c79b645d3c5ff1c76.jpg
BAKI, 12 dekabr — Sputnik. Dekabrın 31-i Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü olduğundan artıq indidən ölkə vətəndaşlarının əksəriyyəti bu bayramları yaddaqalan etmək, təmtaraqlı keçirmək üçün fərqli məkanlar axtarır. Bəs görəsən Yeni ildə hotellərdə, istirahət məkanlarında qiymətlər bayramı fərqli keçirmək istəyində olan hər kəs üçün əlçatandırmı? Yerlərin çoxu dolub "Marxal Resort& Spa" da bir günlük bayramda yer bron etmək mümkün deyil. Sputnik Azərbaycan-a hotelin admintrastoru bildirdi ki, hoteldə bayram günü üçün minimum iki gecəlik paket satılır. Buraya səhər və axşam yeməyi və qala gecə daxildir. İki nəfər üçün qiymət 1490 manat təşkil edir. Admintrator bildirdi ki, ötən il yeni il ərəfəsi qiymət 1540 manat olub. Qəbələdə məşhur hotellərin çoxunda artıq bayram günləri üçün boş yer qalmayıb. Sputnik Azərbaycan-a "Qəbələ"Hotellər Qrupundan bildiriblər ki, "Gabala Tufandag City Hotel"də bayram gününə yer bron etmək mümkün deyil. Bu hotel üçün paketlər satılıb. Yalnız Tufandağda VİP kotec qalıb ki, onun da qiyməti 3590 manat təşkil edir. Buraya səhər yeməyi və yeni il gecəsi şam yeməyi daxildir. Ötən il isə VİP kotecdə qiymət 4860 manat olub. Qiymətlər fantastik həddə çatıb Adminstrator bildirdi ki, "Qafqaz Riverside Hotel" də isə iki nəfər üçün iki gecə üç gün üçün qiymət 1426 manatdır. Buraya dekabrın 31-i günü üçün şou poqram, səhər yeməyi daxildir. Ötən il hoteldə yeni il ərəfəsi qiymət 1346 manat olub. Burada koteclərdə bayram günlərində qiymətlər iki nəfər üçün 1646 manatdan başlayır. "Qafqaz Resort Hotel" də isə bir gecə gecələmək 375 manatdır. Əgər bayram şousu da daxil edilərsə, bunun üçün bir müştəri 300 manat ödəməlidir. Burada koteclərdə qiymət bayram günlərində iki gecə üçün səhər yeməyi daxil 750 manatdır. Qubanın Əski İqrıq Kəndində yerləşən "Quba Palace Hotel"də 31 giriş, yanvarın 2-də çıxış üçün iki nəfərlik yerlər 2200 manatdır. Buraya səhər və axşam yeməkləri, qala gecə daxildir. Qusar rayonunda yerləşən "Şahdağ Hotel & Spa" hoteldə dekabrın 30-dan yanvarın 2-dək qiymətlər 1860 manatdır. "Zirvə hotel" də də qiymətlər eynidir. Ötən il bayram günlərində bu hotellərdə üç günlük istirahət iki nəfər üçün 1710 manatdan başlayırdı. "Şahdağ" və "Zirvə" hotellərində qalmayıb bayram günlərində ancaq qış idman növləri əyləncəsi üçün bu məkanı ziyarət edənlər elə girişdəcə adambaşına 42 manat ödəməlidirlər. Qarda sürüşmək üçün yeni başlayanlar üçün avadanlıların (dəbilqə, xizək çubuğu, xizək ayaqqabısı, gödəkcə, şalvar,dolab) icarə qiyməti isə 96-100 manatdan başlayır. "Şamaxı Palace Şərədil" təmir olunduğundan, bu bayram fəaliyyət göstərməyəcək. "Lankaran Springs Wellness Resort" da dekabrın 31 giriş, yanvarın 2 -i çıxış iki nəfər üçün yeni il istirahəti 1399 manatdır. Buraya üç dəfə qidalanma və qala gecə daxildir. Mənzərəli otaqlar daha baha qiymətə təklif olunur "Qalatlı Hotel& Spa" -da yeni ili mənzərəsiz otaqda qarşılayanlar 1420, mənzərəli otaqda qarşılayanlar 1480 manat ödəməlidir. Buraya üç dəfə qidalanma və bayram şənliyi daxildir. Qax rayonunda yerləşən "El Resort" hoteldə iki gecəlik bayram paketləri 799 manatdan başlayır. Qiymətə qala, şam yeməyi, növbəti gün üçün səhər və şam yeməyi daxildir. "Şəki Park Hotel"də bayram günlərində gecələmək üçün boş yer qalmayıb. Yeni il şənliyini bu istirahət mərkəzində keçirmək istəyənlər bir nəfər üçün 100 manat ödəməlidirlər. "Qabala Garden Hotel" də isə bayram günləri üçün iki gecəlik, iki nəfərlik bron qiymətləri 960 manatdır. Buraya qala gecə, səhər yeməyi və canlıl musiqi daxildir. "İsmayıllı Resort Hotel"də bayram günündə iki nəfərin iki gecəlik istirahəti 500 manatdır. Buraya qala gecəsi, şam yeməyi daxildir. Hotel bir nəfərlik, bir günlük sifarişləri qəbul etmir. Əgər bu bayramı 30 ildən sonra işğaldan azad edilmiş, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşada qeyd etmək istəyirsinizsə, tur şirkətlərinin sosial şəbəkədə paylaşdığı məlumata görə qiymətlər 2500-3500 manatdan başlayır. "Şuşa Hotel"də iki nəfər üçün qala gecəyə yalnız uşaqlar üçün endirimli qiymətlər daxildir. Apardığımız kiçik araşdırmadan bəlli oldu ki, bu ilki qiymətlər heç də ötən ildən geri qalmır. Hotellərlə bağlı statistika Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artaraq 2,6 milyon olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, gecələmələrin ümumi sayının 56,1 faizi Bakıda, 6,1 faizi Xaçmazda, 5,2 faizi Qubada, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qusarda, 3,8 faizi Naftalanda, 3,7 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 1,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,4 faizi Qaxda, 1,1 faizi Şamaxıda, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi Şəkidə, 0,5 faizi Mingəçevirdə, 0,5 faizi Şuşada və 4,7 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,3 faiz artaraq 1,3 milyon olub. Bu da ümumi gecələmələrin 53,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 16,0 faizi Rusiya Federasiyası, 10,6 faizi Səudiyyə Ərəbistanı, 8,5 faizi Hindistan, 7,3 faizi Türkiyə, 6,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,5 faizi İsrail, 4,1 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, 2,9 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,2 faizi Özbəkistan, 1,9 faizi Pakistan, 1,8 faizi Çin, 1,8 faizi Gürcüstan, 1,5 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,0 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,8 faizi Belarus, 0,7 faizi Fransa, 0,6 faizi İran, 0,6 faizi Oman, 0,6 faizi Bəhreyn, 0,5 faizi Polşa, 0,5 faizi Niderland, 17,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,8 faizi Bakıda, 4,4 faizi Qəbələdə, 3,8 faizi Qubada, 3,5 faizi Qusarda, 3,5 faizi Naftalanda, 0,5 faizi Şabranda, 2,5 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz artaraq 1,2 milyon olub ki, bu da ümumi gecələmələrin 46,6 faizini təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/02/461029740_118:0:2003:1414_1920x0_80_0_0_7e703fe220f6842bb5012a5207eb322f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şuşa, otel, yeni il, yeni il, yeni il bayramı, yeni il şənliyi, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il, mehmanxana, qiymət, bayram
şuşa, otel, yeni il, yeni il, yeni il bayramı, yeni il şənliyi, dünya azərbaycanlılarının həmrəylik günü və yeni il, mehmanxana, qiymət, bayram
BAKI, 12 dekabr — Sputnik. Dekabrın 31-i Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü olduğundan artıq indidən ölkə vətəndaşlarının əksəriyyəti bu bayramları yaddaqalan etmək, təmtaraqlı keçirmək üçün fərqli məkanlar axtarır. Bəs görəsən Yeni ildə hotellərdə, istirahət məkanlarında qiymətlər bayramı fərqli keçirmək istəyində olan hər kəs üçün əlçatandırmı?
"Marxal Resort& Spa" da bir günlük bayramda yer bron etmək mümkün deyil. Sputnik Azərbaycan-a hotelin admintrastoru bildirdi ki, hoteldə bayram günü üçün minimum iki gecəlik paket satılır. Buraya səhər və axşam yeməyi və qala gecə daxildir. İki nəfər üçün qiymət 1490 manat təşkil edir. Admintrator bildirdi ki, ötən il yeni il ərəfəsi qiymət 1540 manat olub.
Qəbələdə məşhur hotellərin çoxunda artıq bayram günləri üçün boş yer qalmayıb. Sputnik Azərbaycan-a "Qəbələ"Hotellər Qrupundan bildiriblər ki, "Gabala Tufandag City Hotel"də bayram gününə yer bron etmək mümkün deyil. Bu hotel üçün paketlər satılıb. Yalnız Tufandağda VİP kotec qalıb ki, onun da qiyməti 3590 manat təşkil edir. Buraya səhər yeməyi və yeni il gecəsi şam yeməyi daxildir. Ötən il isə VİP kotecdə qiymət 4860 manat olub.
Qiymətlər fantastik həddə çatıb
Adminstrator bildirdi ki, "Qafqaz Riverside Hotel" də isə iki nəfər üçün iki gecə üç gün üçün qiymət 1426 manatdır. Buraya dekabrın 31-i günü üçün şou poqram, səhər yeməyi daxildir. Ötən il hoteldə yeni il ərəfəsi qiymət 1346 manat olub. Burada koteclərdə bayram günlərində qiymətlər iki nəfər üçün 1646 manatdan başlayır. "Qafqaz Resort Hotel" də isə bir gecə gecələmək 375 manatdır. Əgər bayram şousu da daxil edilərsə, bunun üçün bir müştəri 300 manat ödəməlidir. Burada koteclərdə qiymət bayram günlərində iki gecə üçün səhər yeməyi daxil 750 manatdır.
Qubanın Əski İqrıq Kəndində yerləşən "Quba Palace Hotel"də 31 giriş, yanvarın 2-də çıxış üçün iki nəfərlik yerlər 2200 manatdır. Buraya səhər və axşam yeməkləri, qala gecə daxildir.
Qusar rayonunda yerləşən "Şahdağ Hotel & Spa" hoteldə dekabrın 30-dan yanvarın 2-dək qiymətlər 1860 manatdır. "Zirvə hotel" də də qiymətlər eynidir. Ötən il bayram günlərində bu hotellərdə üç günlük istirahət iki nəfər üçün 1710 manatdan başlayırdı.
"Şahdağ" və "Zirvə" hotellərində qalmayıb bayram günlərində ancaq qış idman növləri əyləncəsi üçün bu məkanı ziyarət edənlər elə girişdəcə adambaşına 42 manat ödəməlidirlər. Qarda sürüşmək üçün yeni başlayanlar üçün avadanlıların (dəbilqə, xizək çubuğu, xizək ayaqqabısı, gödəkcə, şalvar,dolab) icarə qiyməti isə 96-100 manatdan başlayır.
"Şamaxı Palace Şərədil" təmir olunduğundan, bu bayram fəaliyyət göstərməyəcək.
"Lankaran Springs Wellness Resort" da dekabrın 31 giriş, yanvarın 2 -i çıxış iki nəfər üçün yeni il istirahəti 1399 manatdır. Buraya üç dəfə qidalanma və qala gecə daxildir.
Mənzərəli otaqlar daha baha qiymətə təklif olunur
"Qalatlı Hotel& Spa" -da yeni ili mənzərəsiz otaqda qarşılayanlar 1420, mənzərəli otaqda qarşılayanlar 1480 manat ödəməlidir. Buraya üç dəfə qidalanma və bayram şənliyi daxildir.
Qax rayonunda yerləşən "El Resort" hoteldə iki gecəlik bayram paketləri 799 manatdan başlayır. Qiymətə qala, şam yeməyi, növbəti gün üçün səhər və şam yeməyi daxildir.
"Şəki Park Hotel"də bayram günlərində gecələmək üçün boş yer qalmayıb. Yeni il şənliyini bu istirahət mərkəzində keçirmək istəyənlər bir nəfər üçün 100 manat ödəməlidirlər.
"Qabala Garden Hotel" də isə bayram günləri üçün iki gecəlik, iki nəfərlik bron qiymətləri 960 manatdır. Buraya qala gecə, səhər yeməyi və canlıl musiqi daxildir.
"İsmayıllı Resort Hotel"də bayram günündə iki nəfərin iki gecəlik istirahəti 500 manatdır. Buraya qala gecəsi, şam yeməyi daxildir. Hotel bir nəfərlik, bir günlük sifarişləri qəbul etmir.
Əgər bu bayramı 30 ildən sonra işğaldan azad edilmiş, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşada qeyd etmək istəyirsinizsə, tur şirkətlərinin sosial şəbəkədə paylaşdığı məlumata görə qiymətlər 2500-3500 manatdan başlayır. "Şuşa Hotel"də iki nəfər üçün qala gecəyə yalnız uşaqlar üçün endirimli qiymətlər daxildir.
Apardığımız kiçik araşdırmadan bəlli oldu ki, bu ilki qiymətlər heç də ötən ildən geri qalmır.
Hotellərlə bağlı statistika
Məlumat üçün bildirək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz artaraq 2,6 milyon olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, gecələmələrin ümumi sayının 56,1 faizi Bakıda, 6,1 faizi Xaçmazda, 5,2 faizi Qubada, 4,2 faizi Qəbələdə, 4,0 faizi Qusarda, 3,8 faizi Naftalanda, 3,7 faizi Şabranda, 3,3 faizi Lənkəranda, 1,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,4 faizi Qaxda, 1,1 faizi Şamaxıda, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Gəncədə, 0,9 faizi Masallıda, 0,9 faizi Şəkidə, 0,5 faizi Mingəçevirdə, 0,5 faizi Şuşada və 4,7 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35,3 faiz artaraq 1,3 milyon olub. Bu da ümumi gecələmələrin 53,4 faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 16,0 faizi Rusiya Federasiyası, 10,6 faizi Səudiyyə Ərəbistanı, 8,5 faizi Hindistan, 7,3 faizi Türkiyə, 6,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,5 faizi İsrail, 4,1 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, 2,9 faizi ABŞ, 2,9 faizi Qazaxıstan, 2,2 faizi Özbəkistan, 1,9 faizi Pakistan, 1,8 faizi Çin, 1,8 faizi Gürcüstan, 1,5 faizi Almaniya, 1,1 faizi İtaliya, 1,0 faizi Qətər, 0,8 faizi Ukrayna, 0,8 faizi Belarus, 0,7 faizi Fransa, 0,6 faizi İran, 0,6 faizi Oman, 0,6 faizi Bəhreyn, 0,5 faizi Polşa, 0,5 faizi Niderland, 17,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,8 faizi Bakıda, 4,4 faizi Qəbələdə, 3,8 faizi Qubada, 3,5 faizi Qusarda, 3,5 faizi Naftalanda, 0,5 faizi Şabranda, 2,5 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz artaraq 1,2 milyon olub ki, bu da ümumi gecələmələrin 46,6 faizini təşkil edir.