https://sputnik.az/20231212/yagintili-hava-seraiti-ne-vaxta-kimi-davam-edecek-461243473.html
Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək?
Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək?
Sputnik Azərbaycan
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub. 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T12:53+0400
2023-12-12T12:53+0400
2023-12-12T12:53+0400
yağış
azərbaycan xəbərləri
"neft daşları"
balakən
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479688_0:0:3071:1728_1920x0_80_0_0_5fd90d6ac5be3009a84f6eb367919be6.jpg
BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda yağıntılı hava şəraiti dekabrın 14-ü gündüzədək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, saat 10:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub. Düşən yağıntının miqdarı Astarada 57 mm, Lənkəranda 50 mm, Yardımlıda 11 mm, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Şimal-qərb küləyi arabir Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb. Balakən, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Tərtər, Zərdab, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Quba, Qusar, Göyçay, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü gündüzədək davam edəcəyi gözlənilir.
"neft daşları"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479688_272:0:3003:2048_1920x0_80_0_0_4e0df62c519b385698d6a67b18369776.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yağış, "neft daşları", balakən
yağış, "neft daşları", balakən
Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək?
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub.
BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda yağıntılı hava şəraiti dekabrın 14-ü gündüzədək davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 10:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub.
Düşən yağıntının miqdarı Astarada 57 mm, Lənkəranda 50 mm, Yardımlıda 11 mm, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Balakən, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Tərtər, Zərdab, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Quba, Qusar, Göyçay, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü gündüzədək davam edəcəyi gözlənilir.