Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Qızılcadan necə qorunmaq olar - həkim məsləhəti

Abunə olmaq
Qızılca xəstəliyinin simptomları və müalicəsinin necə aparıldığı barədə məlumatlarla "Sputnik Azərbaycan"ın videosunda tanış ola bilərsiz.
Qızılca hücumu davam edir. Həkimlər deyirlər ki, özünüzü qorumağın yeganə yolu peyvənddir. Agentlik bunun həqiqətən belə olub-olmadığını Azərbaycan Pediatrlar Assosiasiyasının üzvü Fəxriyyə Məmmədovadan öyrənib.
"Qızılca uşaqlıqda baş verən yoluxucu xəstəlikdir. Çox yoluxucudur və spesifik müalicəsi yoxdur. Ona görə də yeganə qorunma üsulu peyvənddir. Yetkinlər üçün rəsmi tövsiyələr belədir: əgər insan zamanında xəstəliyi keçirib-keçirmədiyini və ya peyvənd olunub-olunmadığını xatırlamırsa, o, peyvənd olunsa yaxşıdır" - Məmmədova bildirib.
O, xəstəliyin inkubasiya dövrünün 8 ilə 17 gün arasında olduğunu qeyd edib. Həkim əlavə edib ki, peyvənd zamanı bu müddət 21 günə qədər davam edə bilər.
"Əvvəlcə öskürək, asqırmaq, qızdırma kimi əlamətlər yaranır, 3-4 gündən sonra səpgilər əmələ gəlir" - Assosiasiyanın üzvü izah edib.
Ətraflı məlumat üçün "Sputnik Azərbaycan"ın videosuna baxın.
Xəbər lenti
0