Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qaz İnterkonnektorunun açılışı Azərbaycana hansı dividendlər vəd edir?

© iStock.com / NiseriNQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 12.12.2023
Abunə olmaq
Millət vəkili Vüqar Bayramov bildirir ki, interkonnektorun genişlənməsi Azərbaycan qazının daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə nəql edilməsinə imkanlar yaradacaq.
BAKI, 12 dekabr — Sputnik. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev
Prezident İlham Əliyev mərasimdə - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev
Prezident İlham Əliyev açılışı mərasimindəki çıxışında bildirib ki, bu dostluq və strateji tərəfdaşlıq mərasimidir: "Bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Eyni zamanda, Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir".
Bəs Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Azərbaycana hansı siyasi iqtisadi və siyasi dividendlər gətirəcək?
Prezident İlham Əliyev mərasimdə - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Prezident İlham Əliyev
Mövzu ilə bağlı millət vəkilləri Vüqar Bayramov, Elman Nəsirov və İqtisadiyyat, Menecment və Biznes İnstitutunun direktoru, professor Elşad Məmmədov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Vüqar Bayramov bildirir ki, interkonnektorun genişlənməsi Azərbaycan qazının daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə nəql edilməsinə imkanlar yaradacaq: "Bu həm də Serbiya da daxil olmaqla həmin region ölkələri ilə Azərbaycan arasında ələqələrin daha da genişlənməsinə gətirib çıxaracaq. Çünki bu region ölkələri ilə münasibətlərin inkişafı təkcə enerji deyil, ondan kənar sahələrdə də müşahidə edilir. Bu, iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından vacibdir".
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Millət vəkili qeyd edib ki, Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi ötən il dörd dəfə artıb: "Amma hesab edirəm ki, dövlətlər arasında ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür. Bu baxımdan interkonnektorun əlaqələrin və iqtisadi dövriyyənin artırılmasına töhfə verəcəyini düşünürəm".
Professor Elşad Məmmədov hesab edir ki, Azərbaycan Prezidentinin Serbiyaya səfəri sözsüz ki, enerji sahəsində Avropa üçün ölkəmizin önəmini artırır:
"İnterkonnektorun istifadəyə verilməsi ilə Azərbaycan Serbiyanın enerji balansının sabitləşməsinə töhfə vermiş olur. Azərbaycan Avropanın enerji təminatında getdikcə daha böyük rola sahib olur. Amma hesab edirəm ki, enerji sektorunda qurulmuş bu əməkdaşlıq sadəcə bu sahə ilə məhdudlaşmayacaq və bizim digər sahələr və istiqamətlər üzrə əməkdaşlıqlarımıza təkan verəcək. Serbiyada və digər Şərqi Avropa ölkələrində Azərbaycanın bir çox innovativ istiqamətlərdə nailiyyətlərinə kifayət qədər pozitiv yanaşmalar var və bu yeniliklər Avropada müsbət qarşılanır. Artıq Azərbaycanın insan kapitalı və sosial sfera ilə bağlı innovativ yanaşmalarının ixracatının şahidi ola bilərik. Xüsusən də DOST konsepsiyası bu istiqamətdə lokomotiv və örnək ola bilər".
© Sputnik / Murad OrujovProfessor Elşad Məmmədov
Заместитель директора Русской школы экономики UNEC Эльшад Мамедов - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Professor Elşad Məmmədov
Azərbaycan Prezidenti interkonnektorun açılışı zamanı bildirib ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb və bu memorandum icra edilir: "Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir".
Millət vəkili Elman Nəsirov deyir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol heç kəsə sirr deyildi: "Enerji təhlükəsizliyinin təmin edilməsi hər şeydən əvvəl enerji marşrutlarının şaxələndirilməsində öz təsdiqini tapır. Avropa üçün enerji təhlükəsizliyinin təmin olunması enerji mənbələrinin şaxələndirilməsi ilə ifadə olunur. Bu baxımdan Azərbaycan Avropa üçün alternativ enerji mənbəyidir. Ölkəmiz artıq 2020-ci ildən Cənub Qaz Dəhlizi vasitəsilə enerji resurslarını Avropa bazarlarına çatdırır".
© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Millət vəkili Elman Nəsirov
Millət vəkili Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışını mühüm hadisə adlandırıb:
"Bu konnektorun işə salınması Azərbaycanın qazının digər Şərqi Avropa ölkələrinə çatdırılmasına imkan verəcək. Artıq 2027-ci ildə Azərbaycan Avropaya 20 milyard kub metr qaz satmağı planlaşdırır. Bu gün Azərbaycanın bazara çıxardığı 24 milyard kubmetr qazın sadəcə 12 milyard kubmetri Avropa ölkələrinə satılır. Bu reallıq onu göstərir ki, Azərbaycan Avropa üçün çox önəmli strateji tərəfdaşdır. Enerji sahəsində qurulmuş bu əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdiriləcəyi də şübhəsizdir. Bu konnektroun işə düşməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə də əlaqələrinin inkişafına münbit şərait yaradır. Bu əlaqələrin qurulması bərpa olunan enerji sahələrində də əməkdaşlıqların inkişafına imkanlar açır".
Xəbər lenti
0