https://sputnik.az/20231212/maduro-abs-istifadesinden-bezdiyi-marionet-kuklani----zelenskini-zibil-qutusuna-atacaq-461248717.html
Maduro: ABŞ istifadəsindən bezdiyi marionet kuklanı - Zelenskini zibil qutusuna atacaq
Maduro: ABŞ istifadəsindən bezdiyi marionet kuklanı - Zelenskini zibil qutusuna atacaq
Sputnik Azərbaycan
Venesuela prezidenti qeyd edib ki, imperializmin marionet kuklanı ortalığa atması, ondan istifadə etməsi və zibil qutusuna atması ilk dəfə deyil. 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T21:11+0400
2023-12-12T21:11+0400
2023-12-12T21:11+0400
nikolas maduro
dünya xəbərləri
ukrayna
xuan quaydo
abş
venesuela
venesuela prezidenti nikolas maduro
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0c/461248542_0:0:3072:1728_1920x0_80_0_0_18d295849ba86143cdd2821ef99fe7dc.jpg
BAKI, 12 dekabr — Sputnik. ABŞ Ukrayna lideri Vladimir Zelenskidən uzun müddət istifadə etməyəcək. Onu lazımsız bir marionet kukla kimi zibil qutusuna atacaqlar. Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib. Siyasətçinin sözlərinə görə, bu hal artıq təkrarlanıb. O, “rəqibi” Xuan Quaydonu xatırladıb. “İmperializmin marionet kuklanı ortalığa atması, ondan istifadə etməsi və zibil qutusuna atması ilk dəfə deyil. Bizim də Zelenski kimi Quaido adlı bir təlxəyimiz var idi” - Maduro “Maduro ilə+” verilişində bildirib. Prezidentin sözlərinə görə, o vaxt imperializm Quaidonun “boynunun ardından yapışdi” və onu Mayamidəki zibilliyə atdı. Quaidodan Venesuelada təxribat yaratmaq üçün istifadə edilib. Siyasətçi xalqı parçalamaq, nifrətlə doldurmaq vasitəsinə çevrilmişdi. Xatırladaq ki, Venesuelada vəziyyət 2019-cu ildə daha da pisləşib. Həmin vaxt Maduroya qarşı kütləvi etirazlar başlayıb və Milli Assambleyanın rəhbəri Xuan Quaido qanunsuz olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. O, ABŞ və onun bir sıra müttəfiqləri tərəfindən dəstəklənirdi. Bir il əvvəl “müvəqqəti hökumət” nəhayət ki, ləğv olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0c/461248542_52:0:2783:2048_1920x0_80_0_0_4039d4239ca5d93d2ec83ec16ec4a31b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
nikolas maduro, ukrayna, xuan quaydo, abş, venesuela, venesuela prezidenti nikolas maduro, vladimir zelenski
nikolas maduro, ukrayna, xuan quaydo, abş, venesuela, venesuela prezidenti nikolas maduro, vladimir zelenski
Maduro: ABŞ istifadəsindən bezdiyi marionet kuklanı - Zelenskini zibil qutusuna atacaq
Venesuela prezidenti qeyd edib ki, imperializmin marionet kuklanı ortalığa atması, ondan istifadə etməsi və zibil qutusuna atması ilk dəfə deyil.
BAKI, 12 dekabr — Sputnik. ABŞ Ukrayna lideri Vladimir Zelenskidən uzun müddət istifadə etməyəcək. Onu lazımsız bir marionet kukla kimi zibil qutusuna atacaqlar.
Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
Siyasətçinin sözlərinə görə, bu hal artıq təkrarlanıb. O, “rəqibi” Xuan Quaydonu xatırladıb.
“İmperializmin marionet kuklanı ortalığa atması, ondan istifadə etməsi və zibil qutusuna atması ilk dəfə deyil. Bizim də Zelenski kimi Quaido adlı bir təlxəyimiz var idi” - Maduro “Maduro ilə+” verilişində bildirib.
Prezidentin sözlərinə görə, o vaxt imperializm Quaidonun “boynunun ardından yapışdi” və onu Mayamidəki zibilliyə atdı. Quaidodan Venesuelada təxribat yaratmaq üçün istifadə edilib. Siyasətçi xalqı parçalamaq, nifrətlə doldurmaq vasitəsinə çevrilmişdi.
Xatırladaq ki, Venesuelada vəziyyət 2019-cu ildə daha da pisləşib. Həmin vaxt Maduroya qarşı kütləvi etirazlar başlayıb və Milli Assambleyanın rəhbəri Xuan Quaido qanunsuz olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. O, ABŞ və onun bir sıra müttəfiqləri tərəfindən dəstəklənirdi. Bir il əvvəl “müvəqqəti hökumət” nəhayət ki, ləğv olunub.