https://sputnik.az/20231212/fed-in-toplantisi-erefesinde-neft-bahalasir---teklifin-artacagi-narahatligi-var-461247630.html
FED-in toplantısı ərəfəsində neft bahalaşır - Təklifin artacağı narahatlığı var
FED-in toplantısı ərəfəsində neft bahalaşır - Təklifin artacağı narahatlığı var
Sputnik Azərbaycan
FED-in noyabr protokolları siyasətçilərin inflyasiyadan hələ də narahat olduğunu və lazım gələrsə, pul siyasətində əlavə sərtləşdirmə ola biləcəyini göstərib. 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T13:20+0400
2023-12-12T13:20+0400
2023-12-12T13:20+0400
fed
neft-qaz
"azerilight" markalı neft
"azerilight"
brent
opec
opec +
energetika naziri pərviz şahbazov
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443413308_0:0:3071:1728_1920x0_80_0_0_b46956c74cde211e76651595a331983a.jpg
BAKI, 12 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. Bahalaşmanın səbəbi investorların ABŞ Mərkəzi Bankının (FED) toplantısı və inflyasiya məlumatlarının açıqlanması ərəfəsində ehtiyatlı davranmalarıdır. "Brent" markalı neft 26 sent və ya 0,3% artaraq 76,29 dollar, ABŞ-nin Qərbi Texas nefti 26 sent və ya 0,4% artaraq 71,58 dollar olub. "Azeri Light" markalı Azərbaycan nefti 0,01 dollar, yaxud 0,01% artaraq 80,22 dollar təşkil edib. FED-in sabah keçiriləcək toplantısında faiz dərəcələrinin sabit saxlanması gözlənilir. Lakin FED-in noyabr protokolları siyasətçilərin inflyasiyadan hələ də narahat olduğunu və lazım gələrsə, pul siyasətində əlavə sərtləşdirmə ola biləcəyini göstərib. Bu arada investorlar gələn il üçün neft tədarükünün azalacağına şübhə ilə yanaşır, çünki OPEC-ə daxil olmayan ölkələrdə hasilat artımının tədarükün yüksəlməsinə səbəb olacağı gözlənilir. Analitiklərin fikrincə, könüllü ixtisarlar kifayət qədər uzun olmaya bilər. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub. Azərbaycan "OPEC plyus"un iclasında təmsil olunub Əlavə edək ki, keçən ay energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plyus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barel, Konqoda 277 min barel, Nigeriyada isə 1500 min barel həcmində olmasını nəzərdə tutur. Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib. "OPEC plyus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443413308_198:0:2929:2048_1920x0_80_0_0_ea7bdc393db6011b755d7e8d94546285.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fed, "azerilight" markalı neft, "azerilight", brent, opec, opec +, energetika naziri pərviz şahbazov
fed, "azerilight" markalı neft, "azerilight", brent, opec, opec +, energetika naziri pərviz şahbazov
FED-in toplantısı ərəfəsində neft bahalaşır - Təklifin artacağı narahatlığı var
FED-in noyabr protokolları siyasətçilərin inflyasiyadan hələ də narahat olduğunu və lazım gələrsə, pul siyasətində əlavə sərtləşdirmə ola biləcəyini göstərib.
BAKI, 12 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb.
Bahalaşmanın səbəbi investorların ABŞ Mərkəzi Bankının (FED) toplantısı və inflyasiya məlumatlarının açıqlanması ərəfəsində ehtiyatlı davranmalarıdır.
"Brent" markalı neft 26 sent və ya 0,3% artaraq 76,29 dollar, ABŞ-nin Qərbi Texas nefti 26 sent və ya 0,4% artaraq 71,58 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti 0,01 dollar, yaxud 0,01% artaraq 80,22 dollar təşkil edib.
FED-in sabah keçiriləcək toplantısında faiz dərəcələrinin sabit saxlanması gözlənilir. Lakin FED-in noyabr protokolları siyasətçilərin inflyasiyadan hələ də narahat olduğunu və lazım gələrsə, pul siyasətində əlavə sərtləşdirmə ola biləcəyini göstərib.
Bu arada investorlar gələn il üçün neft tədarükünün azalacağına şübhə ilə yanaşır, çünki OPEC-ə daxil olmayan ölkələrdə hasilat artımının tədarükün yüksəlməsinə səbəb olacağı gözlənilir.
Analitiklərin fikrincə, könüllü ixtisarlar kifayət qədər uzun olmaya bilər.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Azərbaycan "OPEC plyus"un iclasında təmsil olunub
Əlavə edək ki, keçən ay energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plyus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barel, Konqoda 277 min barel, Nigeriyada isə 1500 min barel həcmində olmasını nəzərdə tutur.
Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib.
"OPEC plyus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.