https://sputnik.az/20231212/cin-avtomobil-istehsalina-gore-avropani-qabaqlayaraq-rekorda-imza-atib-461249713.html
Çin avtomobil istehsalına görə Avropanı qabaqlayaraq rekorda imza atıb
Çin avtomobil istehsalına görə Avropanı qabaqlayaraq rekorda imza atıb
Sputnik Azərbaycan
Aİ ölkələrində və Böyük Britaniyada isə anti-Rusiya sanksiyaları fonunda istehsal 4 il əvvəlki göstəricilərdən 22,5% geriləyərək 10,4 milyon avtomobil təşkil... 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T22:25+0400
2023-12-12T22:25+0400
2023-12-12T22:25+0400
çin
dünya xəbərləri
böyük britaniya
rusiya
avtomobil
hollandiya
fransa
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0c/461249546_0:0:3072:1728_1920x0_80_0_0_548361a5162786d7edb33a11a327b0c7.jpg
BAKI, 12 dekabr — Sputnik. Çin bu ilin yanvar-oktyabr ayları arasında ilk dəfə, demək olar ki, 21 milyon minik avtomobili istehsal edərək, Avropa İttifaqı və Böyük Britaniyanın göstəricisini iki dəfə ötüb keçib. "RİA Novosti" xəbər verib ki, bunu milli statistik məlumatlara əsaslanan hesablamaların nəticələri sübut edir. On ayda Çin istehsalçıları 20,7 milyon avtomobil istehsal ediblər ki, bu da ölkə üçün mütləq rekorda çevrilib. Bu nəticə həm də pandemiyadan əvvəlki 2019-cu ilin nəticəsini 20%-dən çox üstələyib. Eyni zamanda, Aİ ölkələrində və Böyük Britaniyada anti-Rusiya sanksiyaları fonunda istehsal 4 il əvvəlki göstəricilərdən 22,5% geriləyərək 10,4 milyon avtomobil təşkil edib. Hasilatın azaldılması üzrə liderlər Finlandiya, Sloveniya, Rumıniya, Hollandiya və Fransa olub. Yalnız Belçika istehsalı artıra bilib, ancaq o da vur-tut 1% - yəni 222 min avtomobil. Bir müddət əvvəl Rusiya Avtomobil Dilerləri Assosiasiyasının vitse-prezidenti Aleksey Podşekoldin bildirmişdi ki, Çin Rusiyadan getmiş Avropa avtomobil brendlərini nəinki "orta səviyyəli" və "orta-plus" seqmentlərində, həm də lüksdə əvəz etməyə qadirdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0c/461249546_0:0:2732:2048_1920x0_80_0_0_d22d663474b632221d1ab33568a19ea1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, böyük britaniya, rusiya, avtomobil, hollandiya, fransa
çin, böyük britaniya, rusiya, avtomobil, hollandiya, fransa
Çin avtomobil istehsalına görə Avropanı qabaqlayaraq rekorda imza atıb
Aİ ölkələrində və Böyük Britaniyada isə anti-Rusiya sanksiyaları fonunda istehsal 4 il əvvəlki göstəricilərdən 22,5% geriləyərək 10,4 milyon avtomobil təşkil edib.
BAKI, 12 dekabr — Sputnik. Çin bu ilin yanvar-oktyabr ayları arasında ilk dəfə, demək olar ki, 21 milyon minik avtomobili istehsal edərək, Avropa İttifaqı və Böyük Britaniyanın göstəricisini iki dəfə ötüb keçib.
"RİA Novosti" xəbər verib ki, bunu milli statistik məlumatlara əsaslanan hesablamaların nəticələri sübut edir.
On ayda Çin istehsalçıları 20,7 milyon avtomobil istehsal ediblər ki, bu da ölkə üçün mütləq rekorda çevrilib. Bu nəticə həm də pandemiyadan əvvəlki 2019-cu ilin nəticəsini 20%-dən çox üstələyib.
Eyni zamanda, Aİ ölkələrində və Böyük Britaniyada anti-Rusiya sanksiyaları fonunda istehsal 4 il əvvəlki göstəricilərdən 22,5% geriləyərək 10,4 milyon avtomobil təşkil edib.
Hasilatın azaldılması üzrə liderlər Finlandiya, Sloveniya, Rumıniya, Hollandiya və Fransa olub. Yalnız Belçika istehsalı artıra bilib, ancaq o da vur-tut 1% - yəni 222 min avtomobil.
Bir müddət əvvəl Rusiya Avtomobil Dilerləri Assosiasiyasının vitse-prezidenti Aleksey Podşekoldin bildirmişdi ki, Çin Rusiyadan getmiş Avropa avtomobil brendlərini nəinki "orta səviyyəli" və "orta-plus" seqmentlərində, həm də lüksdə əvəz etməyə qadirdir.