https://sputnik.az/20231212/cerrahiyye-masasindaki-pasiyentlerin-goruntuleri-niye-tiktokdadir---video-461236886.html
Cərrahiyyə masasındakı pasiyentlərin görüntüləri niyə "TikTok"dadır - Video
Cərrahiyyə masasındakı pasiyentlərin görüntüləri niyə "TikTok"dadır - Video
Sputnik Azərbaycan
Deputat bildirib ki, cərrahiyyə əməliyyatı zamanı canlı yayım həkimin diqqətinin yayınmasına, əməliyyatın keyfiyyətinə təsir edə bilər. 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T14:00+0400
2023-12-12T14:00+0400
2023-12-12T14:16+0400
cərrahiyyə
səhiyyə
tiktok
həkim
xəstə
əməliyyat
klinika
https://cdnn1.img.sputnik.az/img/42279/87/422798717_0:83:3077:1814_1920x0_80_0_0_ea0f2819ab01c016df03cf3f7489145b.jpg
BAKI, 12 dekabr — Sputnik. Bakıda cərrahiyyə əməliyyatı zamanı canlı yayım açan klinika ilə bağlı hazırda yoxlama aparılır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib. Qeyd edilib ki, yoxlama başa çatdıqdan sonra geniş məlumat veriləcək. Ötən həftə "Uni" klinikada cərrahiyyə əməliyyatının canlı görüntüsünün yayılması, əməliyyat aparılarkən tibb işçisinin həkim etikasına uyğun olmayan davranışı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Pasiyent üzərində əməliyyat aparılarkən həkimin assistenti olduğunu bildirən xanım Tiktok platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma "Komutan", XTQ, "Hidayət" kimi sözləri əlinə yazmasını istəyiblər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazıb. Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər. Məlumat üçün bildirək ki, son vaxtlar cərrahiyyə əməliyyatlarının canlı yayımda aparılması sanki bir dəb halını alıb. Estetik və metabolik cərrahlar pasiyentin əməliyyat görüntülərini açıq şəkildə sosial platformalarda canlı paylaşırlar. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a bildirib ki, cərrahiyyə əməliyyatı zamanı həkimlərin canlı yayım açması həkim davranış qaydaları və peşə etikasına ziddir. Deputat qeyd edib ki, həkimlik peşəsi həkim etikasına, pasiyent hüquqlarının qorunmasına əməl etməyi tələb edir. "Əməliyyatdan öncə pasiyentlə müqavilə bağlanır. Əgər həmin müqavilədə onun əməliyyat zamanı görüntülərinin yayılmasına razılığı olmayıbsa, bunu etmək pasiyentin hüququnu pozmaqdır. Bundan əlavə, cərrahiyyə əməliyyatı zamanı canlı yayım həkimin diqqətinin yayınmasına, əməliyyatın keyfiyyətinə təsir edə bilər. Tibb müəssisəsinin fəaliyyətinə onun özəl və dövlət olmasından asılı olmayaraq, Səhiyyə Nazirliyi tərəfindən icazə verilir. Həkimlərin davranış qaydası və peşə etikası ilə bağlı tələblər var. Həkim öz fəaliyyətini reklam etməməlidir. Həkim ancaq akademik uğurlarını təqdim edə bilər" - deputat bildirib. Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm də Sputnik Azərbaycan-a bildirib ki, cərrahiyyə əməliyyatının canlı yayımda göstərilməsi ucuz şou, reklam məqsədinə xidmət edir. Ə.Rüstəm onu da qeyd edib ki, bu cür canlı yayımlar əməliyyatın gedişi boyunca səhvlərə səbəb ola bilər: "Heç bir özünə hörmət edən həkim, professor bu cür əməliyyat aparmaz. Bunu edənlərin çoxu reklam məqsədilə özünə pasiyent axtaranlardır. Hansı ki, onlar xarici ölkələrdə bir neçə ay kurs keçməklə uzman adı alırlar. Bu əməliyyatın gedişində xəstələrin ölümünə gətirib çıxara bilər. Çünki, canlı yayım zamanı həkimin, tibb bacısının fikri dağıla, elə bir səhvə yol verə bilər ki, bu, pasiyentin həyatı bahasına başa gələr. Cərrahiyyə əməliyyatları kifayət qədər məsuliyyət, diqqət tələb edən bir işdir. Buna dırnaqarası yanaşmaq, reklam alətinə çevirmək olmaz". Ə.Rüstəm onu da qeyd edib ki, narkoz altında olan xəstənin görüntülərini paylaşmaq həkim etikasına ziddir. Xatırladaq ki, klinikanın direktoru Elmir Daşdəmirov sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun apardığı əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib: "Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42279/87/422798717_256:0:2985:2047_1920x0_80_0_0_f00f9cf26b675434feca9c331767edee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
cərrahiyyə, tiktok, həkim, xəstə, əməliyyat, klinika
cərrahiyyə, tiktok, həkim, xəstə, əməliyyat, klinika
Cərrahiyyə masasındakı pasiyentlərin görüntüləri niyə "TikTok"dadır - Video
14:00 12.12.2023 (Yenilənib: 14:16 12.12.2023) Deputat bildirib ki, cərrahiyyə əməliyyatı zamanı canlı yayım həkimin diqqətinin yayınmasına, əməliyyatın keyfiyyətinə təsir edə bilər.
BAKI, 12 dekabr — Sputnik. Bakıda cərrahiyyə əməliyyatı zamanı canlı yayım açan klinika ilə bağlı hazırda yoxlama aparılır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib. Qeyd edilib ki, yoxlama başa çatdıqdan sonra geniş məlumat veriləcək.
Ötən həftə "Uni" klinikada cərrahiyyə əməliyyatının canlı görüntüsünün yayılması, əməliyyat aparılarkən tibb işçisinin həkim etikasına uyğun olmayan davranışı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Pasiyent üzərində əməliyyat aparılarkən həkimin assistenti olduğunu bildirən xanım Tiktok platformasında canlı yayım açıb. Canlı yayım zamanı izləyicilər şərh bölməsindən xanıma "Komutan", XTQ, "Hidayət" kimi sözləri əlinə yazmasını istəyiblər. Xanım isə əlcəklərin üzərinə qeyd edilən sözləri yazıb.
Sözügedən canlı yayımda aparılan cərrahi əməliyyata dair heç bir məlumatlandırıcı məzmunun olmaması və xanımın əməliyyat zamanı lağlağı etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Steril mühitin pozulmasını, pasiyentin sağlamlığının riskə atılmasını qınayan sosial şəbəkə istifadəçiləri bu davranışı həkimin və tibb müəssisəsinin pasiyentlərə qarşı qeyri-peşəkar yanaşması kimi qiymətləndiriblər.
Məlumat üçün bildirək ki, son vaxtlar cərrahiyyə əməliyyatlarının canlı yayımda aparılması sanki bir dəb halını alıb. Estetik və metabolik cərrahlar pasiyentin əməliyyat görüntülərini açıq şəkildə sosial platformalarda canlı paylaşırlar.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a bildirib ki, cərrahiyyə əməliyyatı zamanı həkimlərin canlı yayım açması həkim davranış qaydaları və peşə etikasına ziddir.
Deputat qeyd edib ki, həkimlik peşəsi həkim etikasına, pasiyent hüquqlarının qorunmasına əməl etməyi tələb edir.
"Əməliyyatdan öncə pasiyentlə müqavilə bağlanır. Əgər həmin müqavilədə onun əməliyyat zamanı görüntülərinin yayılmasına razılığı olmayıbsa, bunu etmək pasiyentin hüququnu pozmaqdır. Bundan əlavə, cərrahiyyə əməliyyatı zamanı canlı yayım həkimin diqqətinin yayınmasına, əməliyyatın keyfiyyətinə təsir edə bilər. Tibb müəssisəsinin fəaliyyətinə onun özəl və dövlət olmasından asılı olmayaraq, Səhiyyə Nazirliyi tərəfindən icazə verilir. Həkimlərin davranış qaydası və peşə etikası ilə bağlı tələblər var. Həkim öz fəaliyyətini reklam etməməlidir. Həkim ancaq akademik uğurlarını təqdim edə bilər" - deputat bildirib.
Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm də Sputnik Azərbaycan-a bildirib ki, cərrahiyyə əməliyyatının canlı yayımda göstərilməsi ucuz şou, reklam məqsədinə xidmət edir.
"Tibb elminin bir bölməsi var- deontologiya. Deontologiya tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusudur. Əməliyyatxanadan birbaşa canlı yayım açmaq, pasiyenti cərrah masasında hamıya göstərmək həkim etikasına, əxlaqına ziddir. Bunu ancaq öyrədici məqsədlərlə, kütləvi yox, məhdud qruplarda paylaşmaq olar. Bu da rezidentlər, tibb təhsili alanlar üçündür. Cərrahiyə əməliyyatı kütlənin qarşısında aparılırsa, bu artıq reklamdır".
Ə.Rüstəm onu da qeyd edib ki, bu cür canlı yayımlar əməliyyatın gedişi boyunca səhvlərə səbəb ola bilər:
"Heç bir özünə hörmət edən həkim, professor bu cür əməliyyat aparmaz. Bunu edənlərin çoxu reklam məqsədilə özünə pasiyent axtaranlardır. Hansı ki, onlar xarici ölkələrdə bir neçə ay kurs keçməklə uzman adı alırlar. Bu əməliyyatın gedişində xəstələrin ölümünə gətirib çıxara bilər. Çünki, canlı yayım zamanı həkimin, tibb bacısının fikri dağıla, elə bir səhvə yol verə bilər ki, bu, pasiyentin həyatı bahasına başa gələr. Cərrahiyyə əməliyyatları kifayət qədər məsuliyyət, diqqət tələb edən bir işdir. Buna dırnaqarası yanaşmaq, reklam alətinə çevirmək olmaz".
Ə.Rüstəm onu da qeyd edib ki, narkoz altında olan xəstənin görüntülərini paylaşmaq həkim etikasına ziddir.
Xatırladaq ki, klinikanın direktoru Elmir Daşdəmirov sözügedən videogörüntülərin onun klinikasında və həkim Elmir Qəhrəmanovun apardığı əməliyyat zamanı çəkildiyinə dair iddiaları təsdiq edib:
"Videogörüntülərdən xəbərim yox idi, indi gördüm. Həkim çağırılacaq, töhmət veriləcək. Mən işdən azad eləsəm, gedib ayrı müəssisədə işləyəcək. Həkimdir, diplomunu da əlindən ala bilmərəm. Digər məqamı Səhiyyə Nazirliyi yoluna qoymalıdır".