https://sputnik.az/20231212/belarusdan-azerbaycana-getirilen-kartofda-zererli-madde-askarlanib-461253984.html
Belarusdan Azərbaycana gətirilən kartofda zərərli maddə aşkarlanıb
Belarusdan Azərbaycana gətirilən kartofda zərərli maddə aşkarlanıb
Sputnik Azərbaycan
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası... 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T16:41+0400
2023-12-12T16:41+0400
2023-12-12T16:41+0400
kartof
hadisə
qida təhlükəsizliyi agentliyi
aqta
zərərli maddə
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426005748_0:256:3173:2041_1920x0_80_0_0_dac57b31274c82823e9601cdfe562dfd.jpg
BAKI, 12 dekabr — Sputnik. Belarusdan Azərbaycana gətirilən 41 tondan artıq kartofda zərərli maddə aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. "Lars 77" MMC-nin müraciəti əsasında Belarusdan idxal olunan ərzaqlıq kartof məhsulundan Agentlik əməkdaşları nümunələr götürürək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 20 980 kq ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 450 kq ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426005748_405:0:3136:2048_1920x0_80_0_0_03f981591ee4a77802c0ca85f63ed7e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kartof, qida təhlükəsizliyi agentliyi, aqta, zərərli maddə
kartof, qida təhlükəsizliyi agentliyi, aqta, zərərli maddə
Belarusdan Azərbaycana gətirilən kartofda zərərli maddə aşkarlanıb
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
BAKI, 12 dekabr — Sputnik. Belarusdan Azərbaycana gətirilən 41 tondan artıq kartofda zərərli maddə aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
"Lars 77" MMC-nin müraciəti əsasında Belarusdan idxal olunan ərzaqlıq kartof məhsulundan Agentlik əməkdaşları nümunələr götürürək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində ümumi çəkisi 20 980 kq ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 450 kq ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.