https://sputnik.az/20231212/azerbaycanla-serbiya-yeni-silahlarin-alinmasi-ile-bagli-razilasma-imzalaya-bilerler-461220496.html
Azərbaycanla Serbiya yeni silahların alınması ilə bağlı razılaşma imzalaya bilərlər
Azərbaycanla Serbiya yeni silahların alınması ilə bağlı razılaşma imzalaya bilərlər
Sputnik Azərbaycan
2021-ci il oktyabrın 11-də Belqrad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında... 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T09:30+0400
2023-12-12T09:30+0400
2023-12-12T09:30+0400
serbiya
hərbi
istehsal
azərbaycan
ekspert
artilleriya
hərbi texnika
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0b/461220332_0:0:3340:1878_1920x0_80_0_0_8f7996f503dd241f7ef1a381b7085725.jpg
BAKI, 12 dekabr — Sputnik. Xəbər verdiiymiz kimi, Azərbaycna Prezidenti İlham Əliyev dekabrın 10-da Serbiya Respublikasına işgüzar səfər edib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən Azərbaycan prezidenti səfəri çərçivəsində Serbiya hərbi texnika və avadanlıqları ilə də tanış olub. Xatırladaq ki, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb. Bəs Serbiya ilə hansı istiqamətlər üzrə hərbi texniki əməkdaşlıq perspektiv vəd edir? Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a danışıb. Hərbi ekseprtin sözlərinə görə, Azərbaycanın Serbiya ilə hərbi texniki əməkdaşlığının çox böyük perspektivləri var: "Həm iki ölkə liderləri arasında, həm də dövlətlərimiz arasından sıx münasibətlər qurulub. Bu baxımdan ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artması təəccüblə qarşılanmamalıdır. Biz bilirik ki, Serbiya hərbi sənayesi son illər böyük nüfuz qazanıb, əhəmiyyətli inkişaf yolu keçib. Azərbaycan nümyəndə heyətinin maraqla izlədiyi texnikalar arasında bizə döyüş imkanlarımızı artırmaq üçün lazım olanları müşahidə etdik. Yəqin ki, gələn ilin birinci yarısında bununla bağlı tərəflər arasında razılaşmaların olmasını görə bilərik". Ekspertin sözlərinə görə, bu gün Serbiya istehsalı olan hərbi texnikaya dünyanın bir çox ölkələri tərəfindən yüksək maraq göstərilir: "Bu baxımdan Azərbaycan liderinin səfəri zamanı bu silah və texnikaların nümayişini təsadüfi hesab etmirəm. Düşünürəm ki, Azərbaycan daha çox Serbiyanın artilleriya texnikalarına və minaatanlarına maraq göstərir. Bu baxımdan Azərbaycan prezidentinə nümayiş olunan hərbi texnikaların həm də təklif olunan silahlar olduğunu zənn edirəm". "Azərbaycanla Serbiya arasında birgə hərbi sənaye məhsullarının istehsalı ilə bağlı müəyyən işlər aparılır. Amma bu günə qədər hansısa hərbi məhsulun istehsalı ilə bağlı məlumat açıqlanmayıb. İki ölkə arasında hərbi texniki əməkdaşlıq haqqında Sazişin imzalanmasından iki ildən çox bir zaman keçir. Bu baxımdan birgə istehsalla bağlı işlərin davam etdiyi qənaətindəyəm", - deyə hərbi ekspert fikirlərini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0b/461220332_267:0:2998:2048_1920x0_80_0_0_82d8073754f00cfa4d4bd97d7c58c26a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
serbiya, istehsal, azərbaycan, ekspert, artilleriya, hərbi texnika
serbiya, istehsal, azərbaycan, ekspert, artilleriya, hərbi texnika
Azərbaycanla Serbiya yeni silahların alınması ilə bağlı razılaşma imzalaya bilərlər
2021-ci il oktyabrın 11-də Belqrad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.
BAKI, 12 dekabr — Sputnik. Xəbər verdiiymiz kimi, Azərbaycna Prezidenti İlham Əliyev dekabrın 10-da Serbiya Respublikasına işgüzar səfər edib. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edən Azərbaycan prezidenti səfəri çərçivəsində Serbiya hərbi texnika və avadanlıqları ilə də tanış olub.
Xatırladaq ki, 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalanıb.
Bəs Serbiya ilə hansı istiqamətlər üzrə hərbi texniki əməkdaşlıq perspektiv vəd edir?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a danışıb.
Hərbi ekseprtin sözlərinə görə, Azərbaycanın Serbiya ilə hərbi texniki əməkdaşlığının çox böyük perspektivləri var:
"Həm iki ölkə liderləri arasında, həm də dövlətlərimiz arasından sıx münasibətlər qurulub. Bu baxımdan ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artması təəccüblə qarşılanmamalıdır. Biz bilirik ki, Serbiya hərbi sənayesi son illər böyük nüfuz qazanıb, əhəmiyyətli inkişaf yolu keçib. Azərbaycan nümyəndə heyətinin maraqla izlədiyi texnikalar arasında bizə döyüş imkanlarımızı artırmaq üçün lazım olanları müşahidə etdik. Yəqin ki, gələn ilin birinci yarısında bununla bağlı tərəflər arasında razılaşmaların olmasını görə bilərik".
Ekspertin sözlərinə görə, bu gün Serbiya istehsalı olan hərbi texnikaya dünyanın bir çox ölkələri tərəfindən yüksək maraq göstərilir:
"Bu baxımdan Azərbaycan liderinin səfəri zamanı bu silah və texnikaların nümayişini təsadüfi hesab etmirəm. Düşünürəm ki, Azərbaycan daha çox Serbiyanın artilleriya texnikalarına və minaatanlarına maraq göstərir. Bu baxımdan Azərbaycan prezidentinə nümayiş olunan hərbi texnikaların həm də təklif olunan silahlar olduğunu zənn edirəm".
"Azərbaycanla Serbiya arasında birgə hərbi sənaye məhsullarının istehsalı ilə bağlı müəyyən işlər aparılır. Amma bu günə qədər hansısa hərbi məhsulun istehsalı ilə bağlı məlumat açıqlanmayıb. İki ölkə arasında hərbi texniki əməkdaşlıq haqqında Sazişin imzalanmasından iki ildən çox bir zaman keçir. Bu baxımdan birgə istehsalla bağlı işlərin davam etdiyi qənaətindəyəm", - deyə hərbi ekspert fikirlərini yekunlaşdırıb.