SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla Ermənistanın birgə bəyanatı regionda sülhə nail olmaq üçün növbəti addımdır

© MAXIM SHIPENKOV / POOL / AFPErmənistan xarici işlər naziri Ararat Mirzoyan, arxiv şəkli
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.12.2023
Abunə olmaq
Ararat Mirzoyan bildirib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var.
BAKI, 12 dekabr — Sputnik. Bu yaxınlarda Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq saxlanılanların mübadiləsinə dair birgə bəyanatı və Ermənistanın COP29 forumuna dair razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi.
Bunu Brüsseldə "Şərq Tərəfdaşlığı" ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var.
Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.
Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Здание Администрации Президента Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 07.12.2023
SİYASƏT
Azərbaycan və Ermənistandan qarşılıqlı jest: sülh sazişi imzalamağa qərar verildi
Xəbər lenti
0