https://sputnik.az/20231212/azerbaycanda-direktorun-muellimi-doymesi-ile-bagli-aciqlama-461257504.html
Azərbaycanda direktorun müəllimi döyməsi ilə bağlı açıqlama
Azərbaycanda direktorun müəllimi döyməsi ilə bağlı açıqlama
Sputnik Azərbaycan
Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar. 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T19:42+0400
2023-12-12T19:42+0400
2023-12-12T19:42+0400
azərbaycan
cəmiyyət
müəllim
direktor
samux
təhsil işçiləri
https://cdnn1.img.sputnik.az/img/42357/56/423575674_0:121:1921:1201_1920x0_80_0_0_efd57fc2a8a005dc22eae4b8f2b87879.jpg
BAKI, 12 dekabr — Sputnik. Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumatlarla bağlı müvafiq komissiya yaradılıb. Sputnik Azərbaycan xəbər verir ki, Bu barədə Report-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, komissiyanın tərkibinə Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil edilib. Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar. Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib. Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Xatırladaq ki, bundan əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz şəhər 4 saylı tam orta məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döydüyü üçün ailəsi polisə şikayət edib. Bundan sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42357/56/423575674_62:0:1815:1315_1920x0_80_0_0_44eba7a12a0049b7748881c76d445045.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, müəllim, direktor, samux, təhsil işçiləri
azərbaycan, müəllim, direktor, samux, təhsil işçiləri
Azərbaycanda direktorun müəllimi döyməsi ilə bağlı açıqlama
Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar.
BAKI, 12 dekabr — Sputnik. Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumatlarla bağlı müvafiq komissiya yaradılıb. Sputnik Azərbaycan xəbər verir ki, Bu barədə Report-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, komissiyanın tərkibinə Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil edilib.
Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar.
Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib.
Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Xatırladaq ki, bundan əvvəl Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev Xaçmaz şəhər 4 saylı tam orta məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döydüyü üçün ailəsi polisə şikayət edib. Bundan sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.