https://sputnik.az/20231212/almaniyada-rusiyanin-kalibr-ve-skenderlerini-yuksek-qiymetlendirirler-461243742.html
Almaniyada Rusiyanın "Kalibr" və "İskəndər"lərini yüksək qiymətləndirirlər
Almaniyada Rusiyanın "Kalibr" və "İskəndər"lərini yüksək qiymətləndirirlər
Sputnik Azərbaycan
Rusiya Silahlı Qüvvələri USQ-yə qarşı "Kalibr" və "İskəndər" raketlərindən uğurla istifadə edirlər. 12.12.2023, Sputnik Azərbaycan
2023-12-12T23:14+0400
2023-12-12T23:14+0400
2023-12-12T23:14+0400
rusiya
dünya xəbərləri
ukrayna
abş
kalibr-pl
"iskəndər-e"
https://cdnn1.img.sputnik.az/img/41921/99/419219958_0:0:3000:1688_1920x0_80_0_0_afd5cf87b8fb5d031444140647061906.jpg
BAKI, 12 dekabr - Sputnik. Rusiya ordusu "Kalibr" qanadlı raketlərindən və "İsəndər" əməliyyat-taktiki raket-sistemlərindən uğurla istifadə edir. Bu barədə "Qazeta ru" jurnalist Kristof Vannerin Almaniyanın "Welt" telekanalına verdiyi müsahibəsinə istinadən xəbər verib. Jurnalistin fikrincə, rusiyalılar Ukrayna Silahlı Qüvvələrinə (USQ) çox böyük təzyiq göstərirlər və gələcəkdə bu, daha da artacaq. "Xarkov yaxınlığında və şəhərin özündə raket zərbələri olub. Çox güman ki, çoxlu pilotsuz təyyarələr (dronlar) uçub, sonra "Kalibr" qanadlı raketlərindən və "İskəndər" raket sistemindən istifadə edilib", - deyə Vanner qeyd edib. O əlavə edib ki, Ukraynanın mövqeləri ilə yanaşı, ölkənin mühüm infrastruktur obyektlərinə də zərbələr endirilir. Bundan əvvəl "Military Watch Magazine" Rusiya ordusunun raket zərbələri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin böyük itkilər verdiyini yazıb. Məqalə müəllifi "ikiqat zərbə" dedikdə, müəyyən bir məqsəd üçün eyni vaxtda bir neçə raketin atılmasını nəzərdə tutur. Bu yaxınlarda ABŞ USQ-nin əks-hücum əməliyyatının iflasa uğradığını qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41921/99/419219958_333:0:3000:2000_1920x0_80_0_0_9c842ef32f0c075f034a7ec73ab0db71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, ukrayna, abş, kalibr-pl, "iskəndər-e"
rusiya, ukrayna, abş, kalibr-pl, "iskəndər-e"
Almaniyada Rusiyanın "Kalibr" və "İskəndər"lərini yüksək qiymətləndirirlər
Rusiya Silahlı Qüvvələri USQ-yə qarşı "Kalibr" və "İskəndər" raketlərindən uğurla istifadə edirlər.
BAKI, 12 dekabr - Sputnik. Rusiya ordusu "Kalibr" qanadlı raketlərindən və "İsəndər" əməliyyat-taktiki raket-sistemlərindən uğurla istifadə edir.
Bu barədə "Qazeta ru" jurnalist Kristof Vannerin Almaniyanın "Welt" telekanalına verdiyi müsahibəsinə istinadən xəbər verib.
Jurnalistin fikrincə, rusiyalılar Ukrayna Silahlı Qüvvələrinə (USQ) çox böyük təzyiq göstərirlər və gələcəkdə bu, daha da artacaq.
"Xarkov yaxınlığında və şəhərin özündə raket zərbələri olub. Çox güman ki, çoxlu pilotsuz təyyarələr (dronlar) uçub, sonra "Kalibr" qanadlı raketlərindən və "İskəndər" raket sistemindən istifadə edilib", - deyə Vanner qeyd edib.
O əlavə edib ki, Ukraynanın mövqeləri ilə yanaşı, ölkənin mühüm infrastruktur obyektlərinə də zərbələr endirilir.
Bundan əvvəl "Military Watch Magazine" Rusiya ordusunun raket zərbələri nəticəsində Ukrayna Silahlı Qüvvələrinin böyük itkilər verdiyini yazıb.
Məqalə müəllifi "ikiqat zərbə" dedikdə, müəyyən bir məqsəd üçün eyni vaxtda bir neçə raketin atılmasını nəzərdə tutur.
Bu yaxınlarda ABŞ USQ-nin əks-hücum əməliyyatının iflasa uğradığını qəbul edib.