https://sputnik.az/20231211/turkiye-vetendasligini-almaq-daha-cetin-olacaq-461228077.html
Türkiyə vətəndaşlığını almaq daha çətin olacaq
Türkiyə vətəndaşlığını almaq daha çətin olacaq
Sputnik Azərbaycan
Türkiyədə daimi yaşayış icazəsi almaq üçün minimum mənzil dəyəri artırılacaq. 11.12.2023, Sputnik Azərbaycan
2023-12-11T18:24+0400
2023-12-11T18:24+0400
2023-12-11T18:24+0400
türkiyə
dünya xəbərləri
vətəndaşlar
vətəndaşlıq
mənzil
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438706873_0:0:3027:1702_1920x0_80_0_0_7937eec8defdc46b28549b2e971bba07.jpg
BAKI, 11 dekabr - Sputnik. Türkiyə hakimiyyəti daimi yaşayış icazəsi almaq üçün daşınmaz əmlakın minimum dəyərini artırmağı planlaşdırır. Bu barədə RİA Novosti Vətəndaşlıq İşləri üzrə İdarənin mənbəyinə istinadən məlumat yayıb. Yeni qaydalara əsasən, ev alarkən ölkə vətəndaşlığını almaq üçün tələb olunan minimum məbləğ 600 min dollar təşkil edəcək. Dəyişikliklər 2024-cü ildə qüvvəyə minəcək. Ölkədə ev almaqla Türkiyə vətəndaşı olmaq 2017-ci ildə mümkün olub. İlkin olaraq daşınmaz əmlakın dəyəri bir milyon dollara çatmalı idi. İndi isə limit 400 min dollardır. Türkiyə Statistika Bürosunun məlumatına görə, oktyabrda əcnəbilər respublikada 2,5 min daşınmaz əmlak, o cümlədən rusiyalılar 713 daşınmaz əmlak alıblar. İnflyasiya fonunda Türkiyədə mənzil qiymətləri 2023-cü ildə təxminən iki dəfə, icarə qiymətləri isə 137 faiz artıb. Eyni zamanda, mənzilləri kirayə vermək istəyənlərə Mədəniyyət və Turizm Nazirliyinin lisenziyalarını almaq tələb olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1f/438706873_0:0:2731:2048_1920x0_80_0_0_9a5b538fb44119805c584be1f23cdd38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, vətəndaşlar, vətəndaşlıq, mənzil, qiymət
türkiyə, vətəndaşlar, vətəndaşlıq, mənzil, qiymət
Türkiyə vətəndaşlığını almaq daha çətin olacaq
Türkiyədə daimi yaşayış icazəsi almaq üçün minimum mənzil dəyəri artırılacaq.
BAKI, 11 dekabr - Sputnik. Türkiyə hakimiyyəti daimi yaşayış icazəsi almaq üçün daşınmaz əmlakın minimum dəyərini artırmağı planlaşdırır.
Bu barədə RİA Novosti Vətəndaşlıq İşləri üzrə İdarənin mənbəyinə istinadən məlumat yayıb.
Yeni qaydalara əsasən, ev alarkən ölkə vətəndaşlığını almaq üçün tələb olunan minimum məbləğ 600 min dollar təşkil edəcək. Dəyişikliklər 2024-cü ildə qüvvəyə minəcək.
Ölkədə ev almaqla Türkiyə vətəndaşı olmaq 2017-ci ildə mümkün olub. İlkin olaraq daşınmaz əmlakın dəyəri bir milyon dollara çatmalı idi. İndi isə limit 400 min dollardır. Türkiyə Statistika Bürosunun məlumatına görə, oktyabrda əcnəbilər respublikada 2,5 min daşınmaz əmlak, o cümlədən rusiyalılar 713 daşınmaz əmlak alıblar.
İnflyasiya fonunda Türkiyədə mənzil qiymətləri 2023-cü ildə təxminən iki dəfə, icarə qiymətləri isə 137 faiz artıb. Eyni zamanda, mənzilləri kirayə vermək istəyənlərə Mədəniyyət və Turizm Nazirliyinin lisenziyalarını almaq tələb olunub.