Tarixdə bu gün: 11 dekabr
10:01 11.12.2023 (Yenilənib: 10:26 11.12.2023)
© Sputnik11 dekabr
© Sputnik
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 11 dekabr – Sputnik. Dekabrın 11-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün tarixə düşən bir çox hadisələr baş verib.
Dekabrın 11-də kimlər dünyaya göz açıb?
Bayram Bayramov (1918 - 1994) - Azərbaycan SSR xalq yazıçısı. Ən məşhur əsərlər “Yarpaqlar”, “Sənsiz”, “Arabalar”, “Üç gün, üç gecə” və s.
Hektor Berlioz (1803 – 1869) - Fransız bəstəkarı, dirijoru, romantik dövrünün musiqi yazıçısı. - Aleksandr Soljenitsın (1918 - 2008) - rus yazıçısı, dramaturq, ictimai-siyasi xadim, ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
Boris Şerbakov (1949) - rus teatr və kino aktyoru, teleaparıcı, Rusiyanın xalq artisti.
Nikolay Ozerov (1922 - 1997) - rusiyalı tennisçi, aktyor, idman şərhçisi, RSFSR xalq artisti, 24 qat SSRİ tennis çempionu.
Mixail Svetin (1929 - 2015) - rus teatr və kino aktyoru; Rusiyanın xalq artisti. “Sehrbazlar”, “Afonya”, “Ola bilməz!” filmləri ilə tanınır. və s.
Vişvanatan Anand (1969) - hind şahmatçısı, qrossmeyster, FİDE üzrə dünya çempionu (2000-2002), 15-ci dünya çempionu (2007-2013).
Dekabrın 11-də dünyada baş verən tarixi hadisələr
1699-cu ildə I Pyotr Rusiya donanmasının rəsmi bayrağı kimi Müqəddəs Andrey bayrağını təsis edib.
1816-cı ildə İndiana ABŞ-ın 19-cu ştatı olub.
1941-ci ildə Almaniya və İtaliya ABŞ-a müharibə elan etdilər.
1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu - UNİCEF təsis edilib. BMT-nin Uşaq Fondu körpə və uşaqların problemlərini gündəmə gətirən universal təşkilatdır. 1995-1997 və 1998-2000-ci illərdə Azərbaycan UNİCEF-in icraçı şurasının üzvü olub.
1972-ci ildə ABŞ astronavtları Yucin Sernan və Harrison Şmitt XX əsrdə Ay səthinə kosmik gəminin altıncı və sonuncu enişini ediblər.
1991-ci ildə Rumıniya Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb.
1997-ci ildə Yaponiyanın Kioto şəhərində atmosferə atılan zərərli qazların miqdarının azaldılmasına dair protokol imzalanıb.
Beynəlxalq Dağ Günü 2003-cü ildən qeyd olunur. BMT Baş Assambleyasının qətnaməsində dünya ictimaiyyətindən “dağ regionlarının davamlı inkişafının vacibliyini təbliğ etmək üçün bu gün bütün səviyyələrdə tədbirlər təşkil etmək” tələb olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.