https://sputnik.az/20231211/gelecekde-aile-tipli-mektebeqeder-tehsil-modelinin-tetbiqi-nezerde-tutulur-nazir-461213102.html
Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur-Nazir
Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur-Nazir
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, 37 faiz məktəbəqədər təhsilə cəlb olunma var, 2013-cü ildə isə bu rəqəm 16 faiz olub. 11.12.2023, Sputnik Azərbaycan
2023-12-11T10:44+0400
2023-12-11T10:44+0400
2023-12-11T10:45+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
nazir
məktəbəqədər təhsil müəssisələri
məktəbəqədər təhsil
unicef
unicef
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433799_0:0:2000:1125_1920x0_80_0_0_8101786f4d0492106224d5a6ae2c6004.jpg
BAKI, 11 dekabr — Sputnik. "Məktəbəqədər təhsildə birinci məsələ ondan ibarətdir ki, bu yaşda olan müdaxilələr, dəyişikliklər özünü 15-20 il sonra göstərir. Daha sonra orta və ahıl yaşlarda məktəbəqədər təhsilin təsiri özünü büruzə verir". Sputnik Azərbaycan xəbər verir ki, bunu "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, məktəbəqədər yaş dövrünün müdaxiləsi ailələr, bağçalar və dövlət üçün o qədər də baha deyil: "Hansısa mürəkkəb dəyişiklikərdən söhbət getmir. Evdəki kitabların sayı, valideynlərin uşaqlara münasibəti, axşam şam yeməyini birgə yemək, uşağın dərsləri ilə maraqlanmaq və s. kimi addımlar beynəlxalq təcrübələrdə də istifadə olunur və effektivdir. Keyfiyyətin olması üçün uşaq ilk növbədə məktəbdə olmalı və ya alternativ məktəbəqədər təhsilə cəlb olunmalıdır. 37 faiz məktəbəqədər təhsilə cəlb olunma var. 2013-cü ildə bu rəqəm 16 faiz idi. Biz bu nəticələri daha 10 il sonra görəcəyik. Məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır. Bununla bağlı UNİCEF-lə əməkdaşlıq edirlir". "Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Bunlar əsasən kəndlərdə təşkil olunacaq", - nazir deyib. O əlavə edib ki, hazırda 36-37 faizin 48 faizə qədər alternativ təhsil modellərinə cəlb olunub. Nazir qeyd edib ki, Azərbaycan təhsilində son illərdə baş verən ən yaxşı dəyişikliklərdən biri azyaşlıların məktəbəhazırlıq qruplarına cəlb olunmasıdır. O bildirib ki, həmin uşaqların PİSA nəticələri 2039-cu il tədqiqatında görünəcək
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433799_227:0:2000:1330_1920x0_80_0_0_7f8d2b6ed55b15599a3f6906f8436833.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, elm və təhsil nazirliyi, nazir, məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil, unicef, unicef, əməkdaşlıq
emin əmrullayev, elm və təhsil nazirliyi, nazir, məktəbəqədər təhsil müəssisələri, məktəbəqədər təhsil, unicef, unicef, əməkdaşlıq
Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur-Nazir
10:44 11.12.2023 (Yenilənib: 10:45 11.12.2023) Emin Əmrullayev bildirib ki, 37 faiz məktəbəqədər təhsilə cəlb olunma var, 2013-cü ildə isə bu rəqəm 16 faiz olub.
BAKI, 11 dekabr — Sputnik. "Məktəbəqədər təhsildə birinci məsələ ondan ibarətdir ki, bu yaşda olan müdaxilələr, dəyişikliklər özünü 15-20 il sonra göstərir. Daha sonra orta və ahıl yaşlarda məktəbəqədər təhsilin təsiri özünü büruzə verir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, məktəbəqədər yaş dövrünün müdaxiləsi ailələr, bağçalar və dövlət üçün o qədər də baha deyil:
"Hansısa mürəkkəb dəyişiklikərdən söhbət getmir. Evdəki kitabların sayı, valideynlərin uşaqlara münasibəti, axşam şam yeməyini birgə yemək, uşağın dərsləri ilə maraqlanmaq və s. kimi addımlar beynəlxalq təcrübələrdə də istifadə olunur və effektivdir. Keyfiyyətin olması üçün uşaq ilk növbədə məktəbdə olmalı və ya alternativ məktəbəqədər təhsilə cəlb olunmalıdır. 37 faiz məktəbəqədər təhsilə cəlb olunma var. 2013-cü ildə bu rəqəm 16 faiz idi. Biz bu nəticələri daha 10 il sonra görəcəyik. Məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır. Bununla bağlı UNİCEF-lə əməkdaşlıq edirlir".
"Gələcəkdə ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Bunlar əsasən kəndlərdə təşkil olunacaq", - nazir deyib.
O əlavə edib ki, hazırda 36-37 faizin 48 faizə qədər alternativ təhsil modellərinə cəlb olunub.
Nazir qeyd edib ki, Azərbaycan təhsilində son illərdə baş verən ən yaxşı dəyişikliklərdən biri azyaşlıların məktəbəhazırlıq qruplarına cəlb olunmasıdır. O bildirib ki, həmin uşaqların PİSA nəticələri 2039-cu il tədqiqatında görünəcək