DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

COP29 gələn il Azərbaycanda keçiriləcək

© Sputnik / Murad OrujovВид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива
Вид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Abunə olmaq
COP28 konfransında Azərbaycanın zəngin mədəniyyəti və tarixinin təqdimatı nümayiş olunub.
BAKI, 11 dekabr - Sputnik. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək.
"Report" xəbər verir ki, bunu COP28-in yekun sessiyasının plenar iclasında COP28-in prezidenti Sultan Əl-Cabir deyib.
COP28 konfransında, həmçinin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin təqdimatı nümayiş olunub.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
Xəbər lenti
0