Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Azərbaycanda distant təhsil nə vaxtdan tətbiq olunacaq? O gün uzaqda deyil

© AP Photo / Jeff ChiuDistant təhsil, arxiv şəkli
Distant təhsil, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Abunə olmaq
İlqar Orucovun sözlərinə görə, "Ali Təhsil Haqqında" qanun layihəsində distant təhsillə bağlı çoxlu müzakirələr aparılıb.
BAKI, 11 dekabr — Sputnik. Azərbaycanda distant təhsilin tətbiq edilməməsinin əsas səbəbi hüquqi normativ bazanın formalaşmamasıdır. Bu sözləri "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov söyləyib.
Qeyd edək ki, son günlər distant təhsilin ölkəmizdə də tətbiqi yenidən gündəmə gəlib. Qızılcanın yayılmasından sonra bəzi siniflər məsafədən təhsilə keçib. Artıq qızılcaya yoluxma ali təhsil müəssisələrində də müşahidə olunur.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bu günlərdə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda distant təhsil növünün tətbiq edilməməsi ilə bağlı əsas məsələlərdən biri də bu sahədə meyar və standartların mövcud olmamasıdır.
Onun sözlərinə görə, bu məsələ texniki olaraq həll edilsə də, müəyyən sahədə istəyə nail olunmayıb.

"Bildiyim qədəri ilə pandemiya şəraitində icra olunan distant təhsilin analizi aparılıb. Amma nəticə canlı formada məktəbdəki tədrisin effekti qədər olmayıb. Bu da təbiidir və nəticə bütün dünyada belədir. Etiraf edək ki, tələbələrin bir çoxu distant növlü tədris prosesinə sadəcə formal olaraq qoşulur və kameranı söndürüb öz işini görür. Bu da istər-istəməz formal təhsilə çevrilir və bunu tam idarə etmək çətindir. Belə olan halda həmin tələbənin bilik və bacarığa nə qədər sahiblənməsi sual altında qalır. Onu da bilməliyik ki, distant təhsil növünü heç də bütün sahələrə, ixtisasa tətbiq etmək mümkün deyil. Misal olaraq, tibb və mühəndis ixtisası üzrə təhsil alanlar laborator şəraitdə bacarıqlara yiyələnməlidirlər. Belə olan halda bunu necə distant etmək olar?!", - direktor vurğulayıb.

İ.Orucov da bildirib ki, distant təhsili bizim üçün aktual edən səbəblər var.
"Müasir texnologiyalar sayəsində təhsilin məsafədən təşkili mümkündür. Distant təhsilin ölkəmizdə inkişaf etdirilməsi, ali təhsil müəssisələrində distant təhsil verilməsi imkanları var. Amma bunun üçün tədrisi həyata keçirən fənn proqramları, dərslik proqramları, infrastruktur olmaldır", - deyə İ.Orucov söyləyib.
© Sputnik / Murad Orujovİlqar Orucov, arxiv
Ответственный секретарь Общественного совета при министерстве образования Ильгар Оруджев - Sputnik Azərbaycan, 1920, 06.12.2023
İlqar Orucov, arxiv
Ekspert bildirib ki, distant təhsilin tətbiqi ilə bağlı mexanizmlər də hazırlanmalıdır:

"Biz distant formada təhsilin inkişaf etdirilməsində maraqlı olmalıyıq. Koronavirus pandemiyası distant təhsillə bağlı problemləri üzə çıxardı. Məlum oldu ki, ölkədə distant təhsil infrastrukturu tam formalaşdırılmayıb. Bu prosesi ali təhsil müəssisələrində həyata keçirmək daha rahatdır, nəinki ümumtəhsil müəssisələrində. Təhsitutumlu ölkələrdə distant təhsilə önəm verilir. Məkan və zamandan asılı olmayaraq insanlar üçün təhsil almaq imkanları yaranır. Bununla belə, biz bu prosesə tam hazır olmamaış distant təhsili tətbiq etmək olmaz. Bunun üçün yeniliklərə açıq olmalıyıq. Distant təhsildə natamamlıq olmamalıdır".

İ.Orucov onu da əlavə edib ki, "Ali Təhsil Haqqında" qanun layihəsində distant təhsillə bağlı çoxlu müzakirələr aparılıb.
"Mən də hesab edirəm ki, "Ali Təhsil Haqqında" qanunda distant təhsilin təhsilin bir forması kimi öz əksini tapması həll olunmalıdır", - deyə o, bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0