https://sputnik.az/20231211/axmaqliq-ve-mesuliyyetsizlik-abs-konqresi-ukraynani-maliyyelesdirmemeye-cagirib-461218813.html
“Axmaqlıq və məsuliyyətsizlik”: ABŞ Konqresi Ukraynanı maliyyələşdirməməyə çağırıb
“Axmaqlıq və məsuliyyətsizlik”: ABŞ Konqresi Ukraynanı maliyyələşdirməməyə çağırıb
Sputnik Azərbaycan
Konqresmen Qrin: ABŞ öz problemlərini həll etməlidir, Ukraynanı maliyyələşdirməməlidir. 11.12.2023, Sputnik Azərbaycan
2023-12-11T14:49+0400
2023-12-11T14:49+0400
2023-12-11T14:49+0400
abş konqresi
dünya xəbərləri
ukrayna
maliyyə
xüsusi hərbi əməliyyat
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/41012/71/410127189_0:39:4720:2694_1920x0_80_0_0_4ed580e5c5caf6797221c280a8e63d03.jpg
BAKI, 11 dekabr - Sputnik. ABŞ Ukraynaya maliyyə yardımını dayandırmalı və diqqətini daxili problemlərin həllinə yönəltməlidir. Bu barədə Rusiya mediası ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrinin “X” sosial şəbəkəsindəki yazdıqlarına istinadən xəbər verib. “ABŞ liderlərinin axmaqlığı və dəhşətli məsuliyyətsizliyi ucbatından ABŞ-ın dövlət borcu təxminən 34 trilyon dollara çatıb. Biz Ukraynadakı münaqişəni maliyyələşdirə bilmərik”, - deyə konqresmen qeyd edib. Qrinin sözlərinə görə, qeyri-qanuni miqrantlar və meksikalı kartellər səbəbindən ABŞ sərhədlərinin təhlükəsizliyi təhdid altındadır, buna görə də məhz bu istiqamət ABŞ administrasiyasının siyasətində prioritet məsələyə çevrilməlidir. Bu yaxınlarda Ağ Evin İnzibati-Büdcə İdarəsinin (İBİ) rəhbəri Şalanda Yanq etiraf edib ki, Vaşinqtonun Ukraynaya verdiyi dəstək nəticəsində tükənmiş öz silah ehtiyatlarını doldurmaq üçün cəmi 1 milyard dollar qalıb. Onun sözlərinə görə, Kiyevə əlavə yardım ABŞ Konqresinin büdcəni müvafiq vəsaitlərin ayrılması ilə heç bir şəkildə əlaqələndirə bilməyən siyasi qərarından asılıdır. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Qərb Ukraynadakı münaqişəyə son qoymaq istəyirsə, cinayətkar Kiyev rejiminə silah tədarükünü dayandırmalıdır. Dövlət başçısı Rusiyanın xüsusi hərbi əməliyyata (XHƏ) başlamağı planlaşdırmadığını, lakin Qərb ölkələrinin Moskvanı münaqişəni silahlı yolla həll etməyə məcbur etdiyini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41012/71/410127189_539:0:4182:2732_1920x0_80_0_0_822a19a6eebaf4ea2b992ad849ea4bf6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş konqresi, ukrayna, maliyyə, xüsusi hərbi əməliyyat, putin, rusiya prezidenti vladimir putin
abş konqresi, ukrayna, maliyyə, xüsusi hərbi əməliyyat, putin, rusiya prezidenti vladimir putin
“Axmaqlıq və məsuliyyətsizlik”: ABŞ Konqresi Ukraynanı maliyyələşdirməməyə çağırıb
Konqresmen Qrin: ABŞ öz problemlərini həll etməlidir, Ukraynanı maliyyələşdirməməlidir.
BAKI, 11 dekabr - Sputnik. ABŞ Ukraynaya maliyyə yardımını dayandırmalı və diqqətini daxili problemlərin həllinə yönəltməlidir.
Bu barədə Rusiya mediası ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrinin “X” sosial şəbəkəsindəki yazdıqlarına istinadən xəbər verib.
“ABŞ liderlərinin axmaqlığı və dəhşətli məsuliyyətsizliyi ucbatından ABŞ-ın dövlət borcu təxminən 34 trilyon dollara çatıb. Biz Ukraynadakı münaqişəni maliyyələşdirə bilmərik”, - deyə konqresmen qeyd edib.
Qrinin sözlərinə görə, qeyri-qanuni miqrantlar və meksikalı kartellər səbəbindən ABŞ sərhədlərinin təhlükəsizliyi təhdid altındadır, buna görə də məhz bu istiqamət ABŞ administrasiyasının siyasətində prioritet məsələyə çevrilməlidir.
Bu yaxınlarda Ağ Evin İnzibati-Büdcə İdarəsinin (İBİ) rəhbəri Şalanda Yanq etiraf edib ki, Vaşinqtonun Ukraynaya verdiyi dəstək nəticəsində tükənmiş öz silah ehtiyatlarını doldurmaq üçün cəmi 1 milyard dollar qalıb. Onun sözlərinə görə, Kiyevə əlavə yardım ABŞ Konqresinin büdcəni müvafiq vəsaitlərin ayrılması ilə heç bir şəkildə əlaqələndirə bilməyən siyasi qərarından asılıdır.
Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Qərb Ukraynadakı münaqişəyə son qoymaq istəyirsə, cinayətkar Kiyev rejiminə silah tədarükünü dayandırmalıdır. Dövlət başçısı Rusiyanın xüsusi hərbi əməliyyata (XHƏ) başlamağı planlaşdırmadığını, lakin Qərb ölkələrinin Moskvanı münaqişəni silahlı yolla həll etməyə məcbur etdiyini vurğulayıb.