Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

50 bağçada keyfiyyətlə bağlı monitorinq aparılıb

Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.12.2023
Abunə olmaq
Tural Əhmədovun sözlərinə görə, monitorinqlərdən sonra müvafiq hesabatlar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib.
BAKI, 11 dekabr — Sputnik. Bu il 50 bağçada keyfiyyət təminatının monitorinqi aparılıb. APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, monitorinqlərdən sonra müvafiq hesabatlar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib.
"Bu hesabatlar keyfiyyətin artırılması üçün nazirlik və digər qurumlar üçün yol xəritəsi rolunu oynayır. Monitorinqlər çərçivəsində bağçalarda idarəetmənin təkmilləşdirilməsi üzrə də qiymətləndirmə sənədləri hazırlanıb".
Elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamaı bağça müəllimlərinin təhsil səviyyəsinə toxunub. O, bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir. Nazir onu da bildirib ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq.
Xəbər lenti
0