https://sputnik.az/20231210/revan-dekabrin-sonuna-qeder-baki-ile-sulh-muqavilesi-imzalamaga-hazirdir---ermenistan-ts-461202519.html
İrəvan dekabrın sonuna qədər Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır - Ermənistan TŞ
İrəvan dekabrın sonuna qədər Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır - Ermənistan TŞ
Sputnik Azərbaycan
Armen Qriqoryan Ermənistan və Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı son birgə bəyanatı birbaşa danışıqların nəticəsi olması mənasında... 10.12.2023, Sputnik Azərbaycan
2023-12-10T12:42+0400
2023-12-10T12:42+0400
2023-12-10T12:44+0400
azərbaycan xəbərləri
azərbaycan
ermənistan
sülh
dekabr
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460919808_0:0:3638:2046_1920x0_80_0_0_b0e4b6a65bcd0881477695c04099c243.jpg
BAKI, 10 dekabr - Sputnik. Ermənistan qısa müddət ərzində, hətta dekabrın sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. RİA Novosti-nin xəbərinə görə, belə bir bəyanatla Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. Onun sözlərinə görə, Ermənistanın təklif etdiyi sülh prosesinin üç prinsipi nəhayət qəbul olunarsa, o zaman sülh müqaviləsinin mətninin 70%-nin razılaşdırıldığını güman etmək olar.“Əgər tezliklə (Ermənistan və Azərbaycanın - red.) Xarici İşlər nazirliklərinin rəhbərləri görüşsə və ondan sonra liderlərin görüşü olsa, çox qısa müddətdə, deyək ki, bir aydan sonra siyasi iradə olarsa, bütün bunlar ümumiləşdirilə və sülh müqaviləsi imzalana bilər”, - deyə Qriqoryan əlavə edib.Ermənistan Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Ermənistan və Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı son birgə bəyanatı birbaşa danışıqların nəticəsi olması mənasında indiyədək görünməmiş haldır:Dekabrın 7-də Bakı və İrəvan Azərbaycan prezidenti İlham Əliyevin administrasiyasının və Ermənistanın baş naziri Nikol Paşinyanın ofisinin birgə bəyanatını dərc ediblər. Həmin bəyanatda ölkələrin münasibətləri normallaşdırmaq və suverenlik və ərazi bütövlüyü əsasında sülh müqaviləsi bağlamaq niyyəti açıqlanıb.Bundan əlavə, tərəflər “qarşılıqlı etimadı gücləndirmək üçün iki ölkə arasında real addımlar atmaq” barədə razılığa gəliblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231209/prezident-lham-eliyev-euronews-televiziyasina-musahibe-verib--461188112.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1c/460919808_46:0:2777:2048_1920x0_80_0_0_1fba4db7148aebe1043d91de2433f8c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ermənistan, sülh, dekabr
azərbaycan, ermənistan, sülh, dekabr
İrəvan dekabrın sonuna qədər Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır - Ermənistan TŞ
12:42 10.12.2023 (Yenilənib: 12:44 10.12.2023) Armen Qriqoryan Ermənistan və Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı son birgə bəyanatı birbaşa danışıqların nəticəsi olması mənasında indiyədək görünməmiş hal adlandırıb.
BAKI, 10 dekabr - Sputnik. Ermənistan qısa müddət ərzində, hətta dekabrın sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. RİA Novosti-nin xəbərinə görə, belə bir bəyanatla Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.
“Ermənistan sülh prosesini irəlilətməyə hazırdır... Əlbəttə, bunun dekabrda baş verməsi çətin görünür, lakin biz dekabrın sonuna qədər və bu alınmasa, ən qısa meddətdə sülh müqaviləsini imzalamağa hazırıq”, - deyə Qriqoryan Ermənistan ictimai televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın təklif etdiyi sülh prosesinin üç prinsipi nəhayət qəbul olunarsa, o zaman sülh müqaviləsinin mətninin 70%-nin razılaşdırıldığını güman etmək olar.
“Əgər tezliklə (Ermənistan və Azərbaycanın - red.) Xarici İşlər nazirliklərinin rəhbərləri görüşsə və ondan sonra liderlərin görüşü olsa, çox qısa müddətdə, deyək ki, bir aydan sonra siyasi iradə olarsa, bütün bunlar ümumiləşdirilə və sülh müqaviləsi imzalana bilər”, - deyə Qriqoryan əlavə edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Ermənistan və Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı son birgə bəyanatı birbaşa danışıqların nəticəsi olması mənasında indiyədək görünməmiş haldır:
“Bunlar birbaşa danışıqlar idi, bir nəfər də olsun vasitəçi iştirak etməyib. Yəni Ermənistan və Azərbaycan bütün məsələləri birlikdə müzakirə ediblər və bu bəyanat ikitərəfli danışıqların nəticəsi olub”.
Dekabrın 7-də Bakı və İrəvan Azərbaycan prezidenti İlham Əliyevin administrasiyasının və Ermənistanın baş naziri Nikol Paşinyanın ofisinin birgə bəyanatını dərc ediblər.
Həmin bəyanatda ölkələrin münasibətləri normallaşdırmaq və suverenlik və ərazi bütövlüyü əsasında sülh müqaviləsi bağlamaq niyyəti açıqlanıb.
Bundan əlavə, tərəflər “qarşılıqlı etimadı gücləndirmək üçün iki ölkə arasında real addımlar atmaq” barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.